19 C
Baku
Thursday, April 25, 2024

Əsl milyarder cavabı…

Günlərin bir günü Henri Ford işləri ilə bağlı İngiltərəyə gəlməli olur. Ford o zaman artıq milyarder idi. Hava limanının məlumat şöbəsində o , şəhərin ən ucuz mehmanxanası barəsində maraqlanır. Şöbənin əməkdaşı ona təəccüblə baxır. Fordun siması məşhur idi.

Bütün dünyanın qazetləri Henri Ford haqqında tez-tez yazırdılar. Və budur, Ford hava limanında əyninə böyük olan paltoda durub və ən ucuz mehmanxana barəsində soruşur.

Şöbənin əməkdaşı çəkinərək soruşur: – Səhv etmirəmsə, siz mister Henri Fordsunuz? – Bəli , -deyə Ford cavab verir. Əməkdaş daha da çox təəccüblənir və deyir: – Mən xəbərləri izləyirəm və bilirəm ki, sizin oğlunuz harasa gedəndə ən bahalı hotellərdə qalır və hər zaman çox yaxşı geyinir. Amma siz ən ucuz mehmanxana soruşursunuz və sizə böyük olan palto geyinmisiniz. Yoxsa siz pula qənaət edirsiniz?

Henri Ford cavab verir:

Mən lazımsız yerə bahalı oteldə qalmağa və artıq yerə pul xərcləməyə səbəb görmürəm.

Çünki, harada qalmağımdan asılı olmayaraq, mən yenə də Henri Fordam. Mən otellərin arasında böyük bir fərq görmürəm, çünki, ən ucuz oteldə belə bahalıdan daha yaxşı istirahət etmək olar. O ki, qaldı paltoya, siz haqlısınız, bu paltonu mənim atam geyinirdi.

Mənim oğlum hələ çox cavan və təcrübəsizdir. Ona görə də o ucuz oteldə qalsa insanların onun haqqında nə fikirləşəcəyindən qorxur. Lakin mən ətrafındakıların nə düşünəcəyi ilə bağlı narahat deyiləm. Çünki, mən öz dəyərimi bilirəm. Mənim milyarder olmağımın səbəbi isə yaxşı pul saymağım və həqiqətlə yalanı ayırmağımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər