15 C
Baku
Wednesday, April 24, 2024

МВА ilə bağlı miflər

МВА elit tədris mərkəzi hesab olunur. Amma bir sıra mütəxəssislər hesab edir ki, belə bir diplomun mövcudluğu, hələ möhtəşəm biliklərin və səriştənin olması anlamına gəlmir. Bu bilikləri heç də həmişə praktikada tətbiq etmək mümkün deyil. Ona görə də biz bu insanlar ilə bağlı mifləri və stereotipləri nəzərdən keçirəcəyik.

Birinci stereotipdə deyilir ki, MBA məzunları şablon düşüncə tərzinə malikdir. Amma, axı MBA-bitirmiş bir sıra insanlar prestijli kompaniyaların aparıcı vəzifələrinə təmsil olunur və burada təşəbbüs göstərmədən və yaradıcı düşüncə tərzi sərgiləmədən lider olmaq və irəli getmək mümkün deyil.

Növbəti stereotip –dünya böhranı ilə əlaqədardır. Bir çoxları onunla razılaşmır ki, böhranda məhz bu biznes məktəbin yetirmələri günahkardır. Sadəcə həmin təhsil mərkəzlərində oxumuş insanların əksəriyyəti bu gün şirkətlərin idarəedici postlarında təmsil olunur. Amma bu hələ heç nə demək deyil. Yeri gəlmişkən, onu deyək ki, biznes məktəb, elə tədris müəssisəsidir ki, burada biznesin idarə olunması sahəsi ilə bağlı təlim və təhsil xidmətləri təklif edilir. Burada demək olar ki, fərdi biznesin qurulması üçün zəruri olan bütün aspektlər  tədris olunur.

Daha bir stereotip kimi, MBA diplom sahiblərinin digər insanlar ilə müqayisədə özləri haqqında həddindən artıq yüksək fikirdə olmasını (lovğalıq və təkəbbürlüyü) göstərmək olar. Burada da isə hər şey su kimi aydındır: insanın özü haqqında yüksək və ya aşağı fikirdə olması bilavasitə onun şəxsi xarakterindən asılıdır. Necə ki, bəzi şou-biznes ulduzlar «ulduz xəstəliyindən» əziyyət çəkir, bəzilər isə yox.

Digər yanlış stereotip isə odur ki, MBA diplomunu almış şəxslər həmin təhsil müəssisəsini bitirən digər məzunlara himayəçilik edir, onların irəliləməsinə şərait yaradır. Amma həqiqət bundadır ki, bütün normal rəhbərlər və idarəedicilər ilk növbədə diplom və sertifikatları deyil, insanın bilik və bacarığını nəzərdən keçirir.

Sonuncu mif isə onunla bağlıdır ki, MBA aləminə düşmüş insanlar, sonradan öz biliklərini praktikaya tətbiq edə bilmir. Bir çoxları isə bu faktı təkzib edir. Onlar deyir ki, bu məktəbin tələbələri hamısı biznesmenlər və iş adamlarıdır və onlar qazandığı bilikləri mütləq şəkildə öz müəssisələrinə sınaqdan keçirilər.

Bir sözlə, kənardan mühakimə etmək asandır, amma MBA təhsili effektiv olmasaydı, haqqında danışdığımız bu insanlar özlərinə belə qısa müddətdə uğurlu karyera qura bilmədilər. Əgər onlar da biliklərini tətbiq edə bilmirsə, bəs onda kim edir?

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər