23 C
Baku
Thursday, April 25, 2024

​ABŞ kommersiya banklarını Rusiya istiqrazlarını almaqdan çəkindirir

ABŞ höküməti ölkədəki bankları Rusiyanın dövlət istiqrazlarını almaqdan imtina etməyə çağırıb. “The Wall Street Journal”-nın verdiyi xəbərə görə, bu təklif rəsmi Moskvaya qarşı olan sansksiyalarla əlaqələndirilir. Qeyd edək ki, Vaşinqton imtina çağırısını əsasən ölkənin böyük banklarına edib.

ABŞ hökümətinin banklardan bu istəyi Rusiyanın sanksiyaların tətbiqindən sonra 2016-cı ildə ilk dəfə 3 mlrd. dollar həcmində beynəlxalq istiqrazların emissiyasına hazırlaşması ilə bağlıdır. Rusiya Avropa, Amerika və Çin banklarını istiqrazaları almağa dəvət edib. Bunların arasında ABŞ-ın “Bank of Amerika”, “Citigroup”, “Goldman Sachs”, “J.P. Morgan Chase & Co.” və “Morgan Stanley” bankları da yer alıb.

ABŞ-ın Maliyyə Nazirliyi və Dövlət Departamenti adıçəkilən banklardan istiqrazların alınması üçün daxil olan icazi müraciəti xüsusi xəbərdarlıqla cavablandırılıb. Rəsmi Vaşinqton hesab edir ki, bankların bu müraciəti Moskvaya qarşı sanksiyalara ziddir. “Avropa, Amerika və bütün dünya anlamalıdır ki, Rusiya yüksək riskə sahib olan olkədir və Ukraynada stabilliyi pozduğu müddətdə bu, belə qalacaq. Rusiya ilə hər hansı biznes əlaqələrinin bərpası reputasiyanın itirilməsinə gətirib çıxara bilər”, – deyə Dövlət Departamentindən bildirilib. Artıq “Citigroup” istiqrazların alınmasından imtina edib. Digər bankların da Rusiya dövlət qiymətli kağızlarını almayacağı

©Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər