19 C
Baku
Thursday, April 25, 2024

​ADB və Maliyyə Nazirliyi tərəfdaş axtarır

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda “Elektrik paylayıcı şəbəkənin yenidən qurulması Layihəsi” çərçivəsində “Keyfiyyət və maliyyə əsaslı seçim” metodu ilə şirkət axtarır. Sənəd qəbulu üçün son tarix avqustun 8-i müəyyən edilib.

Məlumata görə, 6 aylıq layihə üçün ümumilikdə 600 min ABŞ dollarının vəsait ayrılması planlaşdırılır. Seçiləcək şirkət mühəndislik, maliyyə, tənzimləmə, idarəetmə, tarif və maraqlı tərəflərlə əlaqə sahələrində ekspertiza həyata keçirəcək.

Maliyyələşmə şərtlərinə gəlincə isə ayrılacaq 600 min dolların 492,6 min dolları əsas xərclər, 107,4 min dolları isə əlavə xərclərə aid edilir.

Qeyd edək ki, elan edilən müsabiqədən keçən uğurlu namizədin noyabrın 1-dən fəaliyyətə başlayacağı gözlənilir./Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər