16 C
Baku
Friday, April 26, 2024

​Azərbaycanda daha bir investisiya şirkəti yaradılıb

“PSG-Broker” MMC təşkilati-hüquqi formasını və adını dəyişib. Şirkət “PSG-Broker İnvestisiya Şirkəti” QSC-yə çevrildiyini elan edib. Bu barədə Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Xatırladaq ki, Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş “Qiymətli kağızlar bazarı haqqında” qanuna əsasən, fond bazarında broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olan şirkətlərə vermiş lisenziyaların müddəti ötən ilin sonunda bitib. Bu şirkətlər yenidən fond bazarına qayıtmaq üçün təşkilati-hüquqi formasını və adını dəyişməli, investisiya şirkəti kimi Maliyyə Bazarlarına Nəzarət Palatasından lisenziya almalıdır.

Artıq yenidən təşkil olunuş 5 şirkətə – “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, “AzFinance İnvestisiya Şirkəti” QSC, “Kapital Menecment İnvestisiya Şirkəti” ASC, “Unicapital İnvestisiya Şirkəti” ASC və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-yə bu cür lisenziyalar verilib. Yaxın vaxtlarda “Dəmir İnvestisiya Şirkəti” QSC-nin də lisenziya üçün Palataya müracət edəcəyi gözlənilir.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər