15 C
Baku
Saturday, April 20, 2024

​Rusiya Milli Rifah və Ehtiyat fondlarından imtina edə bilər

Rusiyanın rəsmi ekspertləri dünya bazarında neftin qiyməti 30-70 dollar/barel olacağı təqdirdə, dövlət yığım fondlarına ehtiyacın duyulmadığını açıqlayıblar. Onların fikrincə, özəlləşdirmə gəlirləri ilə büdcə kəsirinin bir hissəsi örtülsə də, qalan vəsait Milli Rifah Fondundan (MRF) ödənilir. 

Reportun Kommersant” qəzetinə istinadən verdiyi xəbərə görə, ekspertlər, ümumiyyətlə, MRF və Ehtiyat Fondunun vəsaitlərini pensiya islahatları və ya inkişaf institutlarına ötürərək, ondan imtina etməyi tövsiyə ediblər. Qeyd edək ki, MRF-in 2016-cı il mayın 1-nə aktivləri 73,86 mlrd. dollar təşkil edib. Ehtiyat Fondunun vəsaitləri isə 44,96 mlrd. dollara bərabər olub.

Dünən, mayın 26-da Rusiya hökumətinin 2017-ci il büdcə hazırlıqları iclasında çıxış edən maliyyə naziri Anton Siluanov bidirib ki, büdcə kəsiri ilə bağlı problem yaxın illərdə davam edəcək: “MRF-in aktivləri məhduddur. Buna görə də büdcə kəsirini ÜDM-in 1%-dək endirilməsinə nail olmalıyıq”.

Son xəbərlər
Digər xəbərlər