13 C
Baku
Saturday, April 27, 2024

​Rusiyada istehlak xərclərinin yarıdan çoxu ərzağa sərf olunur

Rusiya vətəndaşlarının 2016-cı ilin fevral ayında xərclərinin 50%-dən çoxu ərzaq məhsullarının istehlakına yönəldilib. Reportun “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu, Rusiya Prezidenti yanında Sosial Təhlil və Proqnozlaşdırma İnstitutunun mütəmadi keçirdiyi aylıq monitorinq nəticəsində müəyyənləşib. Ekspertlər istehlak fəallığında yaranmış azalmanı ölkə iqtisadiyyatındakı mənfi amillərlə əlaqələndirirlər.

Monitorinqin nəticələri əsasında hazırlanan hesabatda göstərilib ki, içki və tütün məlumatları da daxil olmaqla, 2016-cı ilin fevralında ərzaq istehlakı ilə bağlı xərclər 50,1% təşkil edib. Qeyri-ərzaq mallarının dövriyyəsi isə ümumi dövriyyənin 49,9%-nə bərabər olub. Bu, son 8 ildə ilk dəfə rusiyalıların ərzaq məhsullarına çəkdiyi xərclərin 50%-i keçdiyini göstərir. Bundan əvvəlki rekord 2009-cu ildə qeydə alınıb, həmin ildə ərzaq məhsullarının ümumi ticarət dövriyyəsində xüsusi çəkisi 49,6% təşkil edib. 2015-ci ildə isə bu göstərici 48,6%, 2014-cü ildə 47% olub.

Ekspertlər hesab edirlər ki, əhalinin real gəlirlərinin azalması və yoxsulluğun artması fonunda ərzaq məhsullarına çəkilən xərclərin payının artması müşahidə olunur. Onların fikrincə, ev təsərrüfatları nə qədər yoxsuldursa, büdcənin daha çox hissəsi ərzaq məhsullarına yönəldilir: “Əhalinin real gəlirləri keçən ilin analoji dövrü ilə müqayisədə 6,9%, real əməkhaqları isə 2,6% azalıb, əhalinin yarısının həyat səviyyəsi düşüb”.

Qeyd edək ki, ABŞ-da əhali gəlirlərinin 10%-ni, avropalılar isə 15-20%-ni ərzaq məhsullarına xərcləyirlər. Azərbaycanda isə bu göstərici hazırda 34% təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər