13 C
Baku
Friday, April 26, 2024

1 karat ilkin olaraq 1 keçibuynuzu toxumunun çəkisinə bərabər idi

Bu qədim ölçü vahidi ilk dəfə Orta Şərq və Asiya bazarlarında meydana gəlmişdir.

İlkin variantda keçibuynuzu ağacının toxumu əsas götürülmüş, hansı ki, yunanca keration adlanırdı.

Zərgərlər bu toxumlardan ona görə istifadə edirlər ki, toxumların çəkisi faktiki olaraq dəyişməz qalırdı.

Beləliklə onlar kiçik və bahalı, qiymətli daşların etibarlı şəkildə ölçülüb qiymətləndirilməsinə uyğun gəlirdi.

Ancaq yenə də bu şkala təxmini idi, çünki eyni daşın Amsterdamda Lissabona nisbətdə daha çox çəkisi ola bilərdi.

Buna görə də, 1877-ci ildə, London, Paris və Amsterdamdan olan bir neçə görkəmli tacir bu anlaşılmazlığı həll etmək üçün görüşdülər.

Artıq dünyanın hər hansı bir yerində karat 205 mq bərabər tutulmalı idi. İş adamlarının yeni nəsili isə bu rəqəm kəskin tənqid etdilər və Avropada 1907-ci ildən karat bir əlli qrama bərabər tutuldu.

Əgər siz zinət əşyası almaq niyyətindəsinizsə, onda yadda saxlayın ki, karat çəki vahididir, ölçü vahidi deyil.

Misal olaraq, zümrüd almazdan daha yüngüldür, bu o deməkdir ki, 1 karatlıq zümrüd 1 karatlıq almazdan daha iri görünəcək.

Lakin eyni materiallardan söhbət gedən zaman, karatın çəkisi müəyyən ölçüyə uyğun gəlir, beləki, almaz düzgün kəsildiyi halda, briliant 1 ağırlığında 6.5 mm diametri olacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər