8 C
Baku
Friday, March 29, 2024

10 aparıcı iqtisadiyyatdan 5-i dollardan imtina etdi

ABŞ dolları dünyanın ehtiyat valyutası kimi statusunu şiddətli sürətlə itirməyə başlayır. Dünyanın 10 aparıcı iqtisadiyyatından 5-i, o cümlədən də bir sıra digər ölkələr də artıq ticarət zamanı dollardan vasitəçi valyuta kimi istifadə etmir. Bu trend həm dolların özü, də Birləşmiş ştatlar üçün böyük bir risk kəsb edir.

Dünyanın 12-ci nəhəng iqtisadiyyatı hesab edilən Avstraliya Çin ilə ona ikitərəfli ticarətdə dollardan imtina etməyə razılığını bildirməklə, bu valyutaya üz çevirməkdə olan ölkələrin artan siyahısına qoşulub. ABŞ-dan sonra dünyanın ikinci ən nəhəng iqtisadiyyatı hesab olunan Çinin həm də Yaponiya (3-cü yer), Braziliya (6-cı yer), Hindistan (9-cu yer) və Rusiya ilə (10-cu yer) belə bir razılaşması vardır.

Adları qeyd edilən ölkələrin Çin ilə birtərəfli əməkdaşlıq müqavilələri artıq uzun müddətdir ki var, lakin ötən həftə BRICS ölkələri birlikdə yeni inkişaf bankı yaratmaq qərarına gəldilər. Bu bank Beynəlxalq Valyuta Fondu ilə rəqabət aparacaq, belə görünür ki, bu qurum «dollar sonrakı» dünyada fəaliyyət qurmaqdan ötrü yaradılıb.

Bundan əlavə, bir neçə müddət əvvəl Çin ilə ikitərəfli ticarətdə dollardan imtina ilə bağlı prinsipial razılıq verən Braziliya, 30 milyard dollar həcmində valyuta svopu yaratmaqla öz qərarını rəsmi şəkildə təsdiq etmiş oldu, bu svop onlar arasındakı ticarətin təqribən 50%-nin reallaşmasına dəstək göstərəcək.

Çindən başqa bu ölkələrin bəziləri öz aralarında da sövdələşmələr imzalayıb. Hindistan və Yaponiya 2011-ci ildə öz aralarında 15 milyard dollar həcmində svop müqaviləsi imzalayıb. Həmçinin də İrana qarşı sanksiyalar onun Çin, Rusiya və Hindistan ilə həyata keçirdiyi neft ticarətinə heç nə ilə əngəl olmur. İran isə dollardan başqa istənilən valyuta ilə ticarətə hazırdır.

ABŞ dollarının hazırkı vəziyyəti bundan əvvəlki dünyəvi valyuta ehtiyatları ilə müqayisə olunur.

dunyais

Belə görünür ki, dollar öz dominantlıq dövrünün sonuna yaxınlaşır. Bu, Birləşmiş Ştatlarda ciddi iqtisadi çətinliklərə səbəb ola bilər.

Deyv Xodces yazır: Birləşmiş ştatların yaxşı iqtisadi vəziyyəti bütün dünyanın dollardan istifadə etmək məcburiyyətində olması ilə izah olunur. Öz ehtiyaclarını ödəmək üçün neft alırsansa dollar tələb olunur; bizim heç zaman aradan qaldıra bilmədiyimiz borcun hələ uzun müddət mövcudluğu üçün dollar ABŞ hökumətinin əsas vasitəsidir.

Casey Research şirkətindən Maria Katusa yazır: Əgər ABŞ dollar dünya ehtiyat valyutası kimi öz mövqeyini itirərsə, bunun Amerika iqtisadiyyatı üçün nəticələri çox ağır olacaq. Dolların qiymətinin əsas hissəsi onun neft sahəsi ilə bağlılığından irəli gəlir. Əgər bu monopoliya öz həyatını başa vurarsa, onda eyni aqibət dolların dəyərini də gözləyəcək.

Dünyanın təminatsız valyutaları ilə münasibətdə belə vacib keçid mərhələsi bəzi valyutalara müsbət, digərlərinə isə mənfi təsir göstərəcək, lakin son nəticəni təxmin etmək olduqca çətindir. Qəti deyilməsi mümkün olan yalnız bir nəticə vardır: qızıl bahalaşacaq. Kağızı pullar ilə bağlı yaranan qeyri müəyyənlik həmişə qızıl üçün əlverişli şərait yaradır. Hazırkı dövr isə məhz qeyri-müəyyənlik mərhələsi kimi şərh oluna bilər.

Borcların getdikcə böyüməsi ilə müşayiət olunan Amerika imperializmi, belə görünür ki, ölümcül pikin yaradılmasına gətirib çıxaracaqdır. Bu ölümcül mərhələdə bir sıra aparıcı iqtisadiyyatların batacağı gözlənilir. Ona görə də ABŞ dolları ilə bağlı artan itki risklərini tənzimləmək üçün, bəlkə artıq valyuta diversifikasiyası haqqında düşünəsiniz.

Son xəbərlər
Digər xəbərlər