27 C
Baku
Wednesday, April 24, 2024

10 dolların üzərində qadın təsviri olacaq

CNN Money-ə istinadən verilən məlumata görə, ABŞ maliyyə nazirliyi 10 dollarlıq banknotların üzərində qadın təsvirini əks etdirmək niyyətindədir. Banknotun üzərində məhz kimin təsvirinin olması isə bir neçə ay ərzində ictimai səsvermə nəticəsində müəyyən ediləcək.

Qeyd edilənlərə görə, yeni banknotlar 2020-ci ildə – yəni ABŞ konstitusiyasına edilən 19-cu düzəlişin 100 illik yubileyi zamanı buraxılacaq.

Amerika banknotları üzərində təsviri əks etdirilən sonuncu qadın ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun həyat yoldaşı Marta Vaşinqton idi. Hazırda isə 10 dollarlıq banknotun üzərində ölkənin ilk maliyyə naziri Aleksandr Hamiltonun təsviri yer alıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər