10 il sonra hər kəsdən öndə olmaq üçün bu gün nə etmək lazımdır?

Gələcəkdə özünüzü arzusunda olduğunuz mövqedə, vəzifədə və yaxud maliyyə vəziyyətində görmək üçün inkar etməməli olduğunuz bir sıra məsləhət var.

  1. Müxtəlif insanlarla dostluq edin. Yalnız özünüzə bənzəyən insanlarla ünsiyyət quraraq çevrənizi məhdudlaşdırmayın.
  2. Oxuyun. Bunu nəyə görə vacibdir bilirsinizmi? Çünki bir həftə ərzində oxuduğunuz kitab hər hansı bir şey haqqında təsəvvürünüzü bir neçə 10 illiyə bəs edəcək müddətə dəyişə bilər.
  3.  Özünüzə suallar verin və şübhələrinizə hörmətlə yanaşın. Bunu etməyənlər öz inkişafını ləngidər.
  4. Digərlərinin yaşamaq istəmədiyi şəkildə yaşamağa hazır olun və onların özlərinə təşkil edə bilməyəcəkləri şərtlərdə yaşaya biləcəksiniz.
  5. Büdcənizi məhdudiyyət deyil, məsuliyyət və azadlıq hiss edə biləcəyiniz formada planlaşdırmağı öyrənin.
  6. Hər ay bacardığınız miqdarda müəyyən məbləği qənaət olaraq kənara qoyun (və müəyyən dövrlərdə miqdar azaldıqda narahat olmayın). Kapitallaşdırılmış faizlər əhəmiyyətli köməkdir.
  7. Kiçik bir əlavə işə girişin və buradan əldə etdiyiniz gəliri qənaət olaraq kənara qoyun. İlk mərhələdə bu çətin təsir bağışlaya bilər, lakin nəticədə həm yeni təcrübə, həm mənəvi rahatlıq, həm də maliyyə dəstəyi əldə etmiş olacaqsınız.
  8. Haqsız olduğunuz məqamlarda bunu sakit şəkildə qəbul etməyi öyrənin. Səhvə yol vermək normal haldır. Pis olan səhvi qəbul etməmək və onu düzəltməməkdir.
  9. Üç ay ərzində haqqında unutmayacağınız şeylərin hesabını kredit kartı ilə ödəyin. Borc miqdarını gördükdə bu pulları nəyə xərclədiyinizi xatırlamırsınızsa, deməli buna dəyməzdi.
  10. 10. Özünütəhlil ilə məşğul olun. Bəyəndiyiniz və bəyənmədiyiniz, dəyərləndirdiyiniz və dəyər vermədiyiniz, bacardığınız və bacarmadığınız şeylərin siyahısını tərtib edin. Əslində kim olduğunuzu dərk etməyə başlayın, lakin bu təsəvvür zamanla dəyişilə bilsin deyə kifayət qədər reallığa yaxın olmaq və məntiqi düşüncə qabiliyyətini qorumaq lazımdır.
  11. Həyatınız barədə düşünün, fəaliyyət zamanı əsas motivasiyanızın hansı olduğunu özünüzdən soruşun. Bu suala kifayət qədər zaman ayırın. Lakin keçmiş fəaliyyətlərinizi necə qiymətləndirdiyiniz gələcəyin fəlsəfəsi olaraq qalır.
  12. Qəsdli hərəkətlər edin. Münasibətləri bilərəkdən qurun. Şüurlu şəkildə işləyin. Həyatınızın təsadüflərin və perspektiv baxımından mənasın anların ardıcıllığına çevrilməsinə imkan verməyin.
  13. Özünüzə ətrafdakıların sizə davranmasını istədiyiniz dərəcədə ciddi yanaşın. Və davranışlarınızı buna uyğunlaşdırın.
  14. Hər şeyi atın və nə qədər lazımdırsa bir o qədər yenidən başlayın. Uğursuzluqda utanılacaq bir şey yoxdur. Əksinə düzgün qərarları bilib onları reallaşdırmaqdan qorxmaqda isə bağışlanılmayacaq şeylər var.