13 C
Baku
Friday, April 26, 2024

10 manat cəriməyə görə sürücü avtobusu sığortalamayacaq

Sərnişinlərin icbari fərdi qəza sığortası olmadan şəhərlərarası və beynəlxalq sərnişindaşımlarla məşğul olan fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 500 manat məbləğində cərimə ödəməlidir. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin hüquq şöbəsinin aparıcı məsləhətçisi Cahangir Rzayev deyib.

O, qeyd edir ki, bu gün avtobus sürücüsü sığortası olmadığına görə 10 manat cərimə ödəyirsə,çox qısa zamanda bu pulu qazanır və bu onun cibinə təsir göstərmir. Buna görə də avtobusu sığortalamır, ancaq 100-200 manat cərimə ödəməli olsa, mütləq sığortaya diqqətlə yanaşacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər