16 C
Baku
Thursday, April 25, 2024

1000 dollara ala biləcəyiniz imarətlər

Bizlərdən hər birimiz özünün fərdi imarətinin olmasını arzu edir. Lakin belə arzunu həyata keçirmək tez-tez mümkün olmur. Lakin Metro şirkəti bəzən istisnaların da olduğunu göstərmək qərarına gəlir. 

Tüdorlar tərzində imarət

i

Tüdorlar dövrünə aid olan bu ev hərraca çıxarılmış və onun ilkin qiyməti cəmi 1000 dollar olaraq göstərilmişdir. Bu imarət özündə 7 yataq otağı, 5 hamam otağı və 69 pəncərəni birləşdirir.  2224 W. Boston Blvd. ünvanında yerləşən bu mənzil 1920-ci ildə inşa edilib və Henri Ford və boksçu Co Luis-in yaşadığı rayonda yerləşir. Düzdür, evi əldə edən şəxs buranı başdan təmir etməli, elektrik xətləri çəkməli və santexnika qovşağı quraşdırmalı, döşəmələri, qapıları dəyişməlidir. Lakin bütün bunları etdikdən sonra özünüzü əsl maqnat kimi hiss edəcəksiniz.

İntibah dövrünə aid imarət

i (1)

1727 W. Chicago Blvd. ünvanında yerləşən imarət də Henri Fordun yaşadığı ərazidədir və 1914-cü ildə inşa edilib. Bu evdə siz 6 yataq otağı, 2 hama otağı, kamin və toxunulmamış qalan unikal memarlıq detallarını görəcəksiniz.

Möhtəşəm kərpic ev

i (2)

Bu qeyri-adi ev isə 1756 W. Boston Blvd. ünvanında yerləşir və özündə 5 yataq otağı, 5 hamam otağı, kamin, heyrətamiz pilləkan və üç avtomobil üçün nəzərdə tutulmuş qarajı birləşdirir. Bu ev də təmirsiz keçinməyəcək, lakin bu əla kapital yatırımı rolunu oynayacaq.

Xəyalların imarəti

i (3)

Bu qeyri-adi geniş ev 115 Chicago Blvd küçəsində yerləşir və özündə 6 yataq, 3 hamam otağı, bir neçə kamin və 60 pəncərəni birləşdirir.

Şəhər rəhbərliyi ilin sonuna qədər 400-ə qədər boş evi satmağı planlaşdırır. Odur ki, şansınız hələ də var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər