1,1 milyard dollara səhm satdı

“Amazon.com”un qurucusu Ceff Bezos ötən həftə ərzində 1 milyon səhm satıb.

“Bloomberg”ə istinadən məlumata görə, C. Bezos satışdan 1,1 milyard dollar əldə edib. İş adamının sərəncamında hələ 80 milyon ədəd səhm qalır.

C. Bezos son vaxtlar özünün kosmik layihəsi “Blue Origin LLC” şirkətinə fəal şəkildə sərmayə yatırır. Lakin sonuncu səhm satışından əldə olunan vəsaitin hara sərf olunacağı açıqlanmayıb.

Qeyd edək ki, C. Bezos “Microsoft”un yaradıcısı Bill Geytsi ötərək dünyanın ən zəngin adamları siyahısında 1-ci sıraya yüksəlib.