15 C
Baku
Friday, April 26, 2024

Kriptovalyuta bazarının kapitallaşması 150 milyard dolları ötdü

Kriptovalyuta bazarının kapitallaşması ilk dəfə olaraq 150 milyard dolları keçib.

Gazeta.ru saytına istinadən, bu barədə “Coinmarketcap.com” portalının məlumatında deyilir. Hazırda kapitallaşma 152 milyard dollar təşkil edir.

Birinci yeri “Bitcoin” (BTC) tutur. Onun bazar dəyəri 69,2 milyard dollar həcmində qiymətləndirilir.

İkincilik 30,1 milyard dollar bazar dəyəri ilə “Ethereum”a məxsusdur.

Üçüncü sırada 10,9 milyard dollar kapitallaşma ilə “Ripple” kriptovalyutası qərarlaşıb.

Dördüncü yerdə isə 10,8 milyard dollar kapitallaşma ilə “Bitcoin Cash” kriptovalyutasıdır.

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər