12 C
Baku
Friday, March 29, 2024

Bitcoin valyutası ilə vergi ödəmək mümkün olacaq

Banker.az xəbər verir ki, İsveçrənin Kyasso şəhəri 2018-ci ilin yanvar ayından başlayaraq öz sakinlərinə Bitcoin ilə vergi ödəmək imkanı verəcək.

Belə görünür ki, şəhər CryptoValley kimi də məşhur olan rəqibi Çuq şəhərini üstələməyə niyyətlidir. Kyasso 250 İsveçrə frankına qədər Bitcoin valyutası ilə vergi ödəmək imkanı təklif edəcək. Çuq şəhərində isə sözügedən bu limit 200 frank təşkil edir.

 

Bundan əlavə, yeni kriptoşəhərin yaradılmasında bir neçə vacib şəxslər və Blockchain sənayesinin Eidoo və CryptoLab-da daxil olmaqla bir neçə şirkəti iştirak edəcək.

Şəhərin meri qeyd edib ki, şəhər rəhbərliyi təsisçi qismində yeni qeyri-kommersiya fondunun yaradılmasında iştirakı da həmçinin nəzərdən keçirir. Kyasso şəhərində yerləşən fondun sənayenin aparıcı oyunçularını birləşdirəcəyi gözlənilir.

Bələdiyyə də öz növbəsində mütəmadi olaraq bu mövzuya həsr edilmiş görüşlər keçirir ki, 2017-ci ilin oktyabr ayından bu görüşlərə beynəlxalq nümayəndələr də qatılacaq.

 

Son xəbərlər
Digər xəbərlər