18 C
Baku
Thursday, April 25, 2024

Nəyə görə bəzən komfort zonasında qalmaq lazımdır?

Komfort zonasını tərk etmək heç də həmişə faydalı olmur. Nəyə görə bəzən adət etdiyimiz yerdə qalmalı olduğumuz ilə bağlı bir neçə səbəb mövcuddur.

Daima özünüzü “aşacaqsınız”

Uğura nail olmaq üçün enerji, məqsədyönlülük və diqqətli olmaq mütləqdir. Çox saylı imkanlar arasında parçalandıqda səyləriniz lazımi nəticə bəxş etməyəcək.

Artıq öhdəsindən yaxşı gəlməyi bacardığınız tapşırıqlarla yeni öhdəlikləri qarışdırın. Enerji və zamanınızı məntiqlə bölüşdürün. Özünüzü rahat hiss etdikdə məqsədinizə daha tez nail ola biləcəksiniz.

Çox zaman sərf edəcəksiniz

Əksər insanlar iş xaricində zəngin şəxsi həyata malikdir. Özünüzü yeni iş öhdəlikləri ilə yükləməzdən əvvəl yaxşıca düşünün. Axı bu yaxınlarınıza sərf edə biləcəyiniz çox zaman və gücünüzü tələb edəcək.

Ailədə artam gözləyirsinizsə, təmir planlaşdırmısınızsa və yaxud böyük xərc tələb edən digər bir məsələ varsa, komfort zonasından çıxmağı bir qədər təxirə salmaq olar. Bu daha məntiqli addım olacaq.

Çətin ki, bütün tapşırıqların öhdəsindən tam olaraq gələ biləsiniz

Bəziləri komfort zonasını çox rahatlıqla və effektiv tərk etməyi bacarır, bəziləri isə xeyr. Kimisi isə vəziyyəti tam mərkəzdə balanslaşdırır. Qeyd edilən hansı insan qrupuna aid olduğunuzu və nələrin öhdəsindən gələ biləcəyinizi təyin edin.

Komfort zonasından çıxmaqdan qorxmayın. Lakin zəif və güclü cəhətlərinizi bilmək və öz gücünüzə etibar etmək mütləqdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər