22 C
Baku
Thursday, April 25, 2024

Bitcoini yenidən parçalanma gözləyə bilər

Bitcoin rəqəmsal valyutası yenidən parçalana bilər.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, maynerlər və proqram təminatı yaradıcıları sürətlə inkişaf edən bazarda müxtəlif ssenarilərə riayət etdiklərindən ilk kriptovalyutanın üçüncü forkunun yaradılması ehtimalı böyükdür.

Sahənin bir neçə güclü oyunçusu fikir ayrılığına görə müxalif düşərgələrə bölünmüş tərəflər arasında konsensusun əldə ediləcəyinə güman etmir. Bu ideyanı bir neçə nəhəng mayninq pullar və Bitcoin Care yaradıcılarından olan proqramçılar dəstəkləyib.

Mübahisənin və Bitcoinin bölünməsinin səbəbi “blok”-un – Bitcoin tranzaksiyalarının toplandığı paketin həcmidir. Bitcoinlər desentralizə edilmiş elektron reyestrə və yaxud dövriyyədə olan bütün Bitcoinlər haqqında ödəniş tarixçəsindən ibarət blockchainə əlavə edilməmişdən əvvəl bu paketdə toplanır.

Qeyd edək ki, Bitcoin kriptovalyutasının yaradıcılarının yeni Bitcoin Cash iş protokolunu işə salmasının ardınca Bitcoin iki – köhnə və yeni versiyaya bölünmüşdü.  

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər