Alimlər xoşbəxtlik üçün əslində nəyin lazım olduğunu təyin edib

Banker.az xəbər verir ki, Living Well Index təşkilatçıları belə aşkar edib ki, insanın xoşbəxtliyinə daha çox pullar deyil, sağlam yuxu və cinsi əlaqə təsir edir.

Yaxşı istirahət edən insanlar yüksək həyat rifahı göstəriciləri nümayiş etdirib. Az müddət yatan insanlar isə nadir hallarda və yaxud heç vaxt özlərini yaxşı hiss etmədikləri qeyd edib.

Həmçinin yüksək xoşbəxtlik indeksinə malik insanlar öz seksual həyatlarından razı olduqlarını vurğulayıb.

Bununla belə, araşdırma müəllifləri bir faktı aydınlaşdırmışlar ki, ailə və dostlarla yaxşı münasibətlər, işdə təhlükəsizlik, yaxın insanların sağlam olması, ən son model avtomobilə sahib olmaqdan və yaxud ekzotik tətillərdən daha vacibdir.

Tədqiqatçılar sözügedən bu araşdırma üçün Oxford Economics və Sosial araşdırmalar üzrə milli mərkəzdən 8250 insanın iştirak etdiyi sorğu həyata keçirib.