15 C
Baku
Friday, March 29, 2024

Neft dünya bazarında sürətlə bahalaşır – Artım davam edə bilər

İraqın köhnə neft quyuları ölkənin əlindən çıxandan sonra neft hasilatındakı olan rəqəmlər azalmaqda davam edir. Səbəb isə Türkiyə hökumətinin  bu nefti dünya bazarına çıxarmaqda əngəl olmasıdır. Bu da öz növbəsində neftin dünya bazarında qiymətinə artım verməsinə səbəb olur.

Belə ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0,44$, yəni, 0,86% bahalaşaraq 51,89$-da qərarlaşıb.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,65$, yəni, 1,14% artaraq 57,82$-a təklif olunub.

Bildirək ki, İraqın Kürdüstan ərazisində günlük 550,000 barel günlük neft hasil olunurdu.800x 1

Analitiklər bildirir ki, İraq və Kürdüstanarasındakı hərbi gərginlik davam etdikcə neftin qiymətindəki artımların olması qaçılmazdır.

Xatırladaq ki, 2017-ci ildə neftin qiymətində ən yüksək artım ötən ayın 25-də qeydə alınmışdı. Belə ki, qeyd olunan tarixdə neftin qiyməti 59 dollara qədər yüksəlmişdi.

Son xəbərlər
Digər xəbərlər