Neftin qiməti ucuzlaşır

Bakı vaxtı ilə saat 09:00 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 26 sent, yəni, 0,41% azalaraq 62,60$-a təklif olunub. Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 26 sent, yəni, 0,45% ucuzlaşaraq 57,36$-da qərarlaşıb.