12 C
Baku
Friday, March 29, 2024

“13-lər klubu”

Triskaidekafobiyaya (13 rəqəmindən qorxu) ən parlaq nümunələrdən biri – “əgər stol arxasında 13 nəfər əyləşərsə, onlardan biri il ərzində mütləq olaraq dünyasını dəyişməlidir” inancıdır. Ola bilsin bu inancın kökləri İsa peyğəmbərin öz 12 şagirdi ilə son dəfə “Sirli Gecədə” bir masa arxasında birləşmələridir.

“Bədbəxtlik gətirən” 13 rəqəmi Vətəndaş müharibəsinin veteranı William Fowler-in həyatında bir çox anlarda belə desək iştirak edib. 13 avqust tarixində istefa verən William cəmiyyətin gözündə bu rəqəmə qarşı yaranmış qorxunu yox etmək qərarına gəlir. Belə ki, o 13-lər klubu adlandırılan klub yaradır. Klubun ilk iclası 13 yanvar 1882-ci ildə baş turur. Qaydalara əsasən klubun 13 iştirakçısının hər biri masa arxasına əyləşmədən öncə pilləkənin altından keçsinlər və duz səpsinlər. Görüş 19:13-də və “Ölümə gedənlər səni salamlayır” ifadəsi ilə başlayır. Gülünc inancları və “yoluxucu” düşüncələri lağa qoyan bu cür görüşlər tezliklə bütün ölkə ərazisində keçirilməyə başlanır. Bu zaman görüşlərə qara pişiklər, sındırılmış güzgülər və s. bu kimi inanclar daxil edilir. Cəmi bir neçə ildən sonra bu görüşlər Avropaya da gəlib çıxır. Belə ki, Amerikanın 5 prezidenti – Çester Artur, Qrover Klivlend, Benjamin Harrison, William McKinley və Teddi Ruzvelt 13-lər klubunun rəsmi üzvü idilər.

Son xəbərlər
Digər xəbərlər