“Dəmir Bank”ın əmanətçilərinin nəzərinə: Tələb olunan sənədlər açıqlandı

Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən ləğv prosesində olan “DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

Ləğv prosesində olan “DəmirBank” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 1 fevral 2018-ci il tarixindən etibarən “KapitalBank” ASC-nin filiallarında başlanılacaq və həmin tarixdən qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi təmin olunacaq.

Kompensasiyaların alınması üçün “Kapital Bank” ASC-nin müvafiq filiallarına müraciət edilərkən kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq əmanətçilərdən əmanət müqaviləsini (əlavələrlə birlikdə), əmanət kitabçasını və ya əmanətin sahibliyini təsdiq edən digər sənədlərin (hesabdan cıxarışların) və şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması xahiş olunur.   

Ərizə formalarını qorunan əmanətçilər 1 fevral 2018-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən “KapitalBank”-ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan  “DəmirBank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına 1 fevral 2018-ci il tarixindən müraciət edərək kompensasiyalarını ala bilərlər.

Əlavə məlumat almaq üçün Fondun əlaqə nömrələri:

(012) 447 77 44 və “941” nömrəli qaynar xətti

LƏĞV PROSESİNDƏ OLAN “DƏMİRBANK” ASC-də

QORUNAN ƏMANƏTÇİLƏRƏ KOMPENSASİYALARIN VERİLMƏSİ ÜZRƏ

“KAPİTALBANK” ASC-nin FİLİAL ŞƏBƏKƏSİNİN CƏDVƏLİ

📝 RƏY BİLDİR