15 C
Baku
Friday, March 29, 2024

133 gün susuz və qidasız sağ qalmaq mümkündür?

Bəli mümkündür. Bir dənizçi okeanda 133 gün susuz və hər hansı bir qida olmadan sağ qalmağı bacarmışdır.

1942-ci ildə alman sualtı qayığı Britaniyaya məxsus ticarət gəmisini batırır. Bu gəmidə xidmət göstərən Çin əsilli Lin Pen xilasedici jiletlə suya tullana bilir və daha sonradan suyun üzərində boş qayıq aşkar edir. Qayıqda olan az miqdarda su ehtiyatı və peçenye tez bir zamanda bitir.

Atlantik okeanında kiçicik gəmi ilə çarəsiz qalan dənizçi yağış suyunu toplayaraq içir və güc-bəla ilə tutduğu balığı çiy şəkildə yeyir. Bir dəfə isə o qağayını ovlaya bilir və onun qanını içir. Qayıq Braziliya sahillərinə gəlib çatana qədər o, bu şəkildə 133 gün üzür. Lin Pen okeanda “həbs” olunduğu 133 gün ərzində cəmi 9 kq arıqlamışdı və əlavə dayaq olmadan sərbəst şəkildə yeriyə bilirdi.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.