14 C
Baku
Thursday, March 28, 2024

“YouTube”nin mənzil-qərargahında atışma törədən qadın öldürülüb

Məşhur “YouTube” videoportalının ABŞ-ın Kaliforniya ştatında yerləşən mənzil-qərargahında atışma olub və atışma törədən qadın öldürülüb.

Bu barədə MSNBC telekanalı məlumat yayıb.

Məlumata görə, atışma qara geyimli, üzü bağlı qadın tərəfindən törədilib.

ABC telekanalının məlumatına görə, Stenford xəstəxanasına 5-dək yaralı yerləşdirilib. San-Fransisko mərkəzi xəstəxanasına da “YouTube”nin bir neçə işçisinin daxil olduğu bildirilir.

Qeyd edək ki, aprelin 2-də gecə saatlarında “Youtube”-nin fəaliyyətində problem yaranmışdı. Dünyanın bir çox ölkələrində bu sosial şəbəkənin fəaliyyəti dayanmışdı. “Youtube” ofisi sistemdə texniki nasazlıq olduğu və bunun aradan qaldırılması üçün iş aparılması barədə açıqlama yaymışdı.youtube nin menzil qerargahinda atisma toreden qadin oldurulub yenilenib

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər