Gizli marketinq nədir?

Gizli marketinq reklamın ən effektli növlərindən biridir. Bu, ilk növbədə, insanın onu reklam kimi qəbul etməməsi ilə bağlıdır. Bəzən gizli marketinqi viral və partizan marketinqi isəhv salırlar, lakin ümumi oxşarlığa baxmayaraq, onların bir-birindən fərqli üç müxtəlif marketinq növü olduğunu başa düşmək lazımdır.

Sadə dil ilə desək, gizli marketinq hər hansı bir məhsul və ya xidmətin reklam mənbəyindən ötürülməyən reklamıdır. Başqa sözlə, belə informasiyanı eşidən insan onu reklam kimi deyil, həqiqət kimi qəbul edir. Reklam olmayan mənbələr” dedikdə isə bu adi insanlar, həmçinin görməkli alim, vəzifəli şəxslər və ya məşhur insanlar ola bilər. Bu informasiya reklam çarxları ilə deyil, məsələn, adi müsahibə vasitəsilə təqdim olunur. Bir şəxsdən digər suallarla yanaşı, hansı kosmetika brendinə üstünlük verdiyini soruşular. Ocavab verdikdə, bu fakt reklam kimi deyil, şəxsi təcrübə kimi qəbul edilir və buna görə də bu sözlərə insanlar daha çox inanırlar.

Çox güman ki, gizli marketinqdən ilk dəfə Rusiyada istifadə olunub. 1864-cü ildə biznesmen Şustov satışayenicə çıxarılan konyakını reklam etmək üçün bir qrup tələbəni işə götürür, onların işi Moskvanın barlarınagedərək Şustov konyakını istəmək idi. Konyak olmadıqda, tələbələr dava salırdılar. Cəmi bir neçə ay ərzində Şustov konyakının satışları bir neçə dəfə artır. Yeni konyakı həm bütün barların sahibləri tanıyır, həm də onun reklamı konyaka görə davalar haqda yazan qəzetlər vasitəsilə yayılırdı.

Gizli marketinqin ən məşhur müasir nümunəsi bir zamanlar Sony Ericsson tərəfindən yaxşı kameralı yeni bir telefonun reklamı üçün istifadə edilmişdi. Şirkət ABŞ-ın 10 böyük şəhərində işləmək üçün 60 aktyor işə götürmüşdü. Aktyorların vəzifəsi şəhəri gəzərək yoldan keçənlərdən mobil telefonla şəkillərini çəkməyi xahiş etmək idi. İnsanlar onların şəklini çəkdikdə, aktyordantelefondan nə qədər razı olduğunu, telefonun və kameranın nə qədər yaxşı olduğunu demək tələb olunurdu. Beləliklə, insanlar bu sözləri şəxsi təcrübə kimi qəbul edirdi.

Və artıq insan psixologiyası işə düşür. Həmin şəxs və ya tanışlarından biri yeni mobil telefon aldığı an dərhalbu şəkil hekayəsini xatırlayır. Şüurlu olmasa belə, şüuraltı səviyyədə.

Risklər. Gizli marketinq məhsulunuzu satmaq üçünideal bir vasitə kimi görünür. Əslində, bu cür reklamı seçən hər kəs çoxsaylı risklərə məruz qalır.

Birincisi, ölkələrin çoxunda gizli marketinq rəsmi olaraq qadağan edilib. İkincisi, əgər diqqət olunmazsa və hər hansı sözün marketinq məqsədi ilə işlənildiyi aşkar olunarsa, əks vəziyyət yarana bilər və istehlakçılar məhsula əvvəllər olduğundan daha pis yanaşa bilərlər. Bundan başqa, pis reklamın nəticələrinə nisbətən, pis gizli marketinqin nəticələrini düzəltmək daha çətindir.

Həmçinin gizli marketinqin daha bir mənfi xüsusiyyəti odur ki, onun nəticələrini proqnozlaşdırmaq çox çətindir. Hansı fikrin yaxşı nəticə verəcəyini, hansının anlayışla qarşılanmayacağını heç vaxt müəyyən etmək olmur.

Nəticə. Gizli marketinq alıcılara təsir etmək üçüneffektiv, lakin təhlükəli yoldur. Ondan çox ehtiyatla kiçik miqyasda istifadə etmək lazımdır. Digər tərəfdən, ondan tamamilə imtina etmək olmaz. Axı uğur əldəolunarsa, gizli marketinq viral marketinqə çevrilə bilər. Bu isə müştərilərin bulu, həmçinin etibarlılıqbaxımından tamamilə fərqli bir səviyyədir.