Olmayan, lakin ola biləcəklər haqda sualların cavabı

…Yerin ölçüsü indikindən iki dəfə böyük ola bilərdi?
Yerin diametri 16000 km olsaydı, kütləsi 8 dəfə çox olardı. Bütün canlılar öz ağırlığı altında məhv olar və ölçülərinə görə bizdən əhəmiyyətli dərəcədə böyük yeni növlər yaranardı.

…biz planetdə yeganə şüurlu varlıqlar olmaya bilərdik? 
Belə halda iki mümkün nəticə var. Birincisi, biz digər varlıqlarla birincilik uğrunda mübarizə aparacaq və kimin üstün olduğunu aydınlaşdırmağa çalışacaqdıq. Digər halda, bir-birimizə uyğunlaşmağa çalışaraq birgə yaşayacaqdıq.

…dinozavrlar məhv olmasaydı?
Təbii ki, planetin ən böyük növü olaraq dinozavrlar dominant olacaqdı. Çox güman ki, dinozavrların beyni inkişaf edəcək və alimlərin güman etdiyi kimi, “dinozaroidlər” meydana çıxa bilərdi. Lakin xoşbəxtlikdən yerə düşən meteorit bunun baş verməsinin qarşısını alıb.

…hər kəs eyni zamanda hoppansa?
Belə hadisə baş versə və bir yerdə toplanan bütün insanlar hoppansaydı, Yer radiusun yüzdə biri qədər bir tərəfə hərəkət edərdi. Hər kəs yerə endikdən sonra, planet yerinə qayıdardı.

…Ay olmasaydı?
Ay olmasa, aysız həyatda Yerdə ortaya çıxan həyat formaları olduqca çətin iqlim şəraitinə və altı saatlıq günə uyğunlaşmaq məcburiyyətində olacaqdılar.


…beynimiz iki dəfə daha güclü işləsəydi?
Alimlərin fikrincə, beynimizin fəaliyyəti iki dəfə artarsa, biz iki dəfə daha sağlam, ağıllı, gözəl və uğurlu olardıq. Lakin münaqişələrimiz davam edər və yenə də xarici görünüşcə fərqli olardıq.


…pişiklər olmasaydı?
Yeri gəmiricilər zəbt edərdi. Gülməlidir? Təşəvvür edin ki, bütün taxıl ehtiyatlarını siçanlar yeyib və un hazırlamaq üçün ehtiyat yoxdur. Gəmiricilərin nə qədər sürətlə çoxaldığını düşünün. Bəşəriyyət, çox güman ki, məhv olardı. Alimlər tamamilə bütün pişiklərin çıxarıldığı kiçik adaların ərazisini ətraflı şəkildə araşdırıblar, aydınlaşıb ki, bir həftə ərzində gəmiricilərin çoxalması üç dəfə çoxalıb.


…neandertal insanlar sağ qalsaydı?

Çox güman ki, onların insanlarla qarışması nəticəsində yeni növ (hibridlər) yaranardı. Genetik cəhətdən dəyişməyən neandertal insanların bizim kimi yaşamaq, düşünmək, danışmağı bacardıqları ehtimalını istisna etmək olmaz.


… cazibə qüvvəsi olmasaydı?
Kainatın formalaşması zamanı cazibə qüvvəsi olmasaydı, o, hamar və ifadəsiz olardı. Əgər formalaşması cazibə qüvvəsinin köməyilə baş versə, lakin sonra o qəfildən yoxa çıxsaydı, biz kosmosa uçardıq.


… maqnit qütbləri yerlərini dəyişsə?
Belə hadisə artıq baş verib. Dəmir atomları tədricən hərəkət istiqamətlərini dəyişirlər. Bu min ildir baş verir.


…biz eyni tipli yemək yesəydik?
Poliorqan çatışmazlığı biz yalnız bir tərəvəz və ya taxıl yedikdə baş verir. Yalnız ət yedikdə, orqanizm öz əzələrini “çeynəməyə” başlayacaq, yalnız meyvə yedikdə isə sinqaya tutulmaq olar. Biz yalnız bir yemək növü yesək, ölərdik.  


…Günəşin ölçüsü iki dəfə kiçilərsə?

Yer Günəşin hərəkət sahəsinə girməyəcək və biz sağ qalmayacaqdıq. Günəşin özü daha qırmızı və daha soyuq olacaqdı, bu isə daha yaxın planetlərdə həyatın olmasına imkan verəcəkdi.


…kosmosda atəş açılsa?
Kosmosda olub tapançadan atəş açarsaq, açılan güllə, sözün əsl mənasında, sonsuza qədər hərəkətdə olacaq. Günəş sisteminə atəş açılarsa, güllə ya Günəşə, ya da nəhəng planetlərdən birinə doğru uçacaq.

📝 RƏY BİLDİR