23 C
Baku
Thursday, April 25, 2024

16,4 milyon dollar dəyərində dövlət istiqrazları alınıb

Fevralın 12-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Birjadan verilən məlumata görə, sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 415 min ABŞ dolları təşkil edib.

Sifarişlər 95,2505% (gəlirlilik 5.00%) və 97.1000% (gəlirlilik 2.99%) qiymət intervalında təqdim edilib.

İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 96.6184 (gəlirlilik 3.51%) orta ölçülmüş qiymət 97,0199 (gəlirlilik 3.08%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon dollar məbləğində müəyyən edilib.

İstiqrazların ödəmə tarixi 10 fevral 2017-ci il, tədavül müddəti isə 364 gündür.

Bakı Fond Birjasında, həmçinin Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 milyon dollar təşkil edib. Sifarişlər 98.6890% qiymətlə təqdim edilib.

Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.

Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər