24 C
Baku
Friday, April 26, 2024

“17 il mənfəət götürmüşük”

Azərbaycanın regionda təsirinin artması “əsrin müqaviləsi”nin nəticələrindən biridir. Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində təşkil edilmiş “Azərbaycanda neft erasının yeni mərhələsi və dünya bazarlarındakı vəziyyət” adlı tədbirdə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“Neft-qaz sektoru Azərbaycan sənayesinin lokomotividir”

Azərbaycanda sənaye sektorunun 90 faizdən artığını neft-qaz sənayesi təşkil edir: “Faktiki olaraq neft-qaz sektoru Azərbaycan sənayesinin lokomotividir. Azərbaycanın feodalizmdən kapitalizmə keçidi neft sənayesi üzərində qurulub. Biz müstəqilliyimizi qazandıqdan sonra əldə etdiyimiz ilk böyük uğur 1994-cü ildə xarici neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” idi” – deyə İlham Şaban bildirib.

“Nəyimiz varsa, “Əsrin müqaviləsi”nin hesabınadır”

“Ümumiyyətlə, neft müqavilələrindən Dövlət Neft Şirkəti 125 milyard qazanıb. Qazanılan pullar Azərbaycanın nüfuzunun artmasına, iqtisadi əlaqələrinin qurulmasına sərf olunub” — o, əlavə edir.

Şabanın dediyinə görə, bu gün artıq ölkəmizin neft sektorunda çalışan mütəxəssislərin 88 faizi Azərbaycan vətəndaşlarıdır: “23 il öncə vəziyyət tamam fərqli idi. Bu, Azərbaycanın uğurudur. Qazanılan uğurlar da Azərbaycanın sərhədləri ilə yekunlaşmır”.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər