23 C
Baku
Friday, April 19, 2024

20-ci əsrin pul sahəsində ən böyük innovasiyaları

Bütün dövrlərdə pullar bu və ya digər formada mövcud olmuşdur. 20-ci əsrin yüzlərlə pul innovasiyalarını dəqiqliklə araşdıran Da Vinçi institutu maliyyə sisteminə ən çox təsir edən kəşflərin siyahısını hazırladı. Bir çox innovasiyalar daha əvvəldən yarandıqları üçün siyahıya daxil ola bilməmişdir.

1. Plastik kredit kartları. 1950-ci ildə Diners’ Club-un yaradıcısı Frenk MakNarma özünün restoranlar şəbəkəsinin 200 müştərisi üçün dünyada ilk kredit kartını yaratdı. Hazırda MasterCard, Visa və American Express ən məşhur dünya brendlərindən hesab olunurlar.

2. Ştrix-kod. Pensilvaniyada yerləşən Dreksel universiteti tərəfindən ötən əsrin 40-cı illərində işlənib hazırlanmışdır. Məqsəd – pərakəndə satış şəbəkələrində alıcılara kassa xidmətinin avtomatlaşdırılmasını təmin etmək idi. Ştrix-kod ödəniş müddətini əhəmiyyətli dərəcədə aşağı salmağa və səhvlərin sayını minimallaşdırmağa imkan verdi.

3. İnkassator avtomobili. 1920-ci ildə yaradılmış zirehli maşınlar iri nağd pulları təhlükəsiz şəraitdə daşımağa imkan verirdi. Artıq 7 ildən sonra ilk dəfə belə bir avtomobili qarət edə bilmişdilər.

4. Bankomat. Bankomatların ilk nümunəsi 1939-cu ildə yaradılmışdır. Ilk modellərdə pul çıxaran zaman o hesabdan silinmirdi (o vaxtlar prosessinq şəbəkələri mövcud deyildi), ona görə də xidmətlər yalnız etibarlı müştərilərə göstərilirdi.

5. Kredit. 1930-cu ildə kredit verən ilk bürolar yaranmağa başladı. 1970-ci ildə isə dünyada onların sayı 2250-ə bərabər idi.

6. RSA-şifrələmə (kodlaşdırma). 1983-cü ildə işlənib hazırlanmışdır. Hazırda ümumi informasiya şəbəkələrində şəxsi məlumatların mübadiləsi zamanı geniş istifadə olunur. Məsələn, kredit kartlar vasitəsilə internet-mağazalardan alış-verişin həyata keçirilməsi.

7. Elektron mühasibat cədvəli. 1978-ci ildə Den Briklin tərəfindən təqdim olunan elektron cədvəllər nəinki mühasibat uçotu haqqından təsəvvürləri alt-üst etdi, həm də tətbiqi proqram təminatı bazarında inqilab yaratdı. Ən geniş yayılmış elektron cədvəl Excel hesab olunur.

8. Smart-kart. Roland Moreno tərəfindən 1974-cü ildə kəşf olunmuşdur. O, mikroçip vasitəsilə mərkəzi kompüterlə informasiya mübadiləsinə imkan verir. Hazırda bir çox ödəniş sistemlərində aktiv olaraq istifadə olunur.

9. Elektron pullar. 1918-ci ildə yaradılmışdı. ABŞ-ın Federal Ehtiyat Sistemi ilk dəfə olaraq pulları teleqraf vasitəsilə köçürdülər. Lakin ideya işə yaramadı. Yalnız 1972-ci ildə elektron pullara yenidən maraq oyandı, bu dəfə hər şey artıq ciddi və uzunmüddətli idi.

10. Elektron kassa aparatları. Çarlz Ketterinq tərəfindən kəşf edilmiş bu aparatlar ilk dəfə 1906-ci ildə istifadəyə verilmişdir.

Son xəbərlər
Digər xəbərlər