15 C
Baku
Wednesday, April 24, 2024

20 funt sterlinqin dizaynı dəyişir

Yeni əsginas 2020-ci ildə dövriyyəyə buraxılacaq. Burada Törnerin fotosu Britaniya iqtisadçısı və publisist Adam Smiti əvəzləyəcək. Əsginasın ön hissəsində isə II Yelizavetanın şəkli var və bu yeni əsginasda da dəyişməz olaraq qalacaq.

“Törner bütün zamanların ən nüfuzlu britaniyalı rəssamı sayılır. Onun fəaliyyəti dəyişkən idi. O, klassik və müasir dünyaları birləşdirən əsərlər yaradıb”, – deyə İngiltərə Bankının rəhbəri Mark Karni bildirib.

Əsginasın yeni dizaynı üçün Böyük Britaniyanın görkəmli nümayəndələrinin seçim prosesi 2013-cü ildən başlayıb. Məsləhət şurası banka britaniyalıların təklif etdiyi 29 min namizəddən  590-nın adını təqdim edib. Bundan sonra qısa siyahı tərtib olunub və onların içərisindən də Törner seçilib.

Romantik peyzaj ustası və akvarelçi Törner öz dövrünün novatoru idi. Onun yaradıcılığı realizmdən  impressionizmə keçən bir körpü olub. Onun əsərlərində təfərrüatların verilməməsi onun digərləri tərəfindən tez-tez tənqidlərə məruz qalmasına səbəb olub. Ölümqabağı Törner bütün əsərlərini britaniya xalqına vəsiyyət edib.

600@0 (1)

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər