13 C
Baku
Friday, March 29, 2024

2010-cu ilin maliyyə cinayətlərinin hit-paradı

2010-cu ildə dünya iqtisadiyyatına çətin olduğu azmış kimi, fırıldaqçı və natəmiz oyunbazlar maliyyə xidmətləri istifadəçilərinə bütün cəbhə boyu hücum edərək onların çətinliklərini daha da artırdılar.

Zərbənin onsuzda çətinlikdə olanlara, iş yeri, kreditlər və öz borclarını həll etmək  istəyənlərə dəyməsi xüsusilə acınacaqlıdır. Mainstreet.com saytı müştərilərin şikayətləri əsasında keçən il Amerikanın istehlakçı hüquqlarının müdafiəsi bürosu  Better Business Bureau-nun tədqiqatlarını ABŞ-da yeni və xüsusilə yayılmış fırıldaqlarının növlərini analiz edərək çap edir.

10. İş axtarırsan – pul itirirsən 
Keçən ilin nəticələrinə əsasən Birləşmiş Ştatlarda işsizliyin səviyyəsi 9%-dən artıq təşkil etmişdir və cinayətkarlar ümidsizliklə iş axtarmaqda olnlardan pul qazanmaqdan çəkinmədilər. Yayılmış fırıldaq sxemlərindən biri belədir: iş axtarana güya maraqlanan iş verən vakansiya təklifi ilə zəng edir və bununla bərabər həmsöhbətinə onun şəxsi məlumatlarının yoxlanılmasını lazım olduğunu təsdiq edir, və bunun üçün kreditlər haqqında məlumat lazım olduğunu deyir.  Belə hallarda bəzən qeydiyyat formasının doldurulmasını təklif edərək şəxsi maliyyə məlumatlarını soruşurlar, bəzən isə kredit tarixini yoxlamaq üçün xərclərin ödənilməsini tələb edirlər.

9. “Evdə iş” 
Better Business Bureau-ın məlumatına əsasən fırıldaqçılığın bu növü ən təhlükəlilərindən biridir.  İntenet istifadəçilərini tez-tez evdən çıxmadan altı rəqəmli məbləğlər qazanmaq təklifləri olan üzə çıxan pəncərələr izləyir.   Ancaq tələyə düşməyə dəyməz: yəqin ki sizə evdə qazanmaq üçün hansısa “sirrləri” deməklərinə görə pul istəyəcəklər. “İşin” özünə gəldikdə isə bu çox zaman oğurluq əşyaların şəxsi mənzilinzdə saxlamaq təklifi nəzərdə tutur. Bu o demək deyil ki evdə qazanmaq üçün imkanlar yoxdur, lakin hər hansı bir məbləği ödəmək təklifi olan məşğulluq təkliflərindən birmənalı olaraq özünüzü qorumaq lazımdır.

8. “Borcların nizama salınması” 
Borcların nizama salınması proqramları heç də həmişə qeyri qanuni deyil və bir çox Amerika borc alanları öz kredit problemlərini vasitəçi şirkətlərin köməyi ilə həll etmişlər. Lakin kiminsə bəxti daha az gətirib: borclardan rahat qurtarmaq təklifilərinə aldanmaqları səbəbindən ziyan çəkmişlər. “Sözdə bu rahatdır, lakin işdə borclardan qurtarmaq prosesi illərlə davam edə bilər”, – deyərək Better Business Bureau-dan Elison Sautvik izah edir. Onun sözlərinə görə,  resessiyanın başladığından büroya belə fırıldaqlardan ziyan çəkənlərdən məktublar 50 Amerika ştatlarının hamısından gəlmişdir.
Bir qayda olaraq belə şirkətlər müştəridən borcların ödənişinə köçürülməsi üçün ayrı hesab açmalarını tələb edirlər. Lakin müştəri borcu ödəmək əvəzinə bu akkaunta vəsait köçürdüyü halda onun kredit tarixi ancaq pisləşir, çox banklar isə sadəcə olaraq vasitəçi-şirkətlərlə işləmək istəmirlər. Belə şirkətlərin aldanılmış müştəriləri hətta öz vəsaitlərini geri qaytara bilmədiyi hallar olmuşdur. Məsələn bir müştəri beləliklə 15 min dollar itirmişdi.
Lakin hətta bu, ən pis variant deyil. Bəzi şirkətlər öz müştərilərinə “sıfırdan”saxta kredit tarixi açmağı təklif edirlər. ABŞ-da bu qeyri qanunidir və hətta həbs cəzası ilə nəticələnə bilər.

7. Taymşerlər 
2010-cu ildə taymşer fırıldaqçılar arasında xüsusilə yayılmışdı və bunun öz səbəbləri var. 2009-cu ildə ABŞ-ın bu sahədə satış həcmi 40%-ə enmişdi, bu səbəbdən taymşer saxlayanlar öz paylarını satmğa nəticəsiz cəhd edirdilər. Əmlakın qiymətləndirilməsinə və sazişin tərtib olunmasına komissiyanı qabaqcadan tələb edən və satanlarla alıcılar arasında əlaqə yaratmağı vəd verən natəmiz şirkətlər bundan istifadə etməyə yubanmadılar.

6. Havayı pendir 
Əgər bu məqalədən siz bir fikri yadda saxlayacaqsızsa, onda bunu yadda saxlayın: əgər nə isə həqiqət olmaq üçün həddindən artıq yaxşı görünürsə, yəqin ki bu elə də var. 2010-cu ildə fırıldaqçılar belə fikirin təklifinə xəsislik etmədilər: belə ki, çox sayda alıcılar asai giləmeyvəsindən (acai berry) olan dietik preparatın guya havayı testdən keçirilməsinə tamahlanmışdılar. Sınaq müddəti bir həftə davam edirdi, lakin çəkilərini atmaq arzusunda olanlar preparatın hesabını hələ BAƏ-ın yoxlama partiyasından əvvəl alırdılar. Fırıldaq elə miqyasa çatmışdı ki, ABŞ-ın Federal ticarət komissiyası (Federal Trade Commission) hətta bu bioəlavələrin yayımı ilə məşğul olan şirkətlərin hesablarını dondurmuşdu.

5. Dağıdıcı təmir 
Keçən il Amerikada tornadonu ancaq alimlər izləmirdilər. Qasırğanın arxasınca dövlətdə təbii fəlakətdən zərər çəkmiş evlərin bərpası ilə məşğul olan fəhlə briqadaları gəzib dolanırdılar. Təəssüf ki, belə “işçilərin” çoxu ya öz işlərini tamamlamırdılar ya işi çox pis yerinə yetirirdilər. 2010-cu ildə Better Business Bureau-ya belə şirkətlər haqqında 7,6 min şikayət gəlmişdir.   Onlardan biri keyfiyyətsiz təmirə yaxud heç edilməyən təmirə görə yüzlərlə töhmət alaraq  öz ömrünü bitirmişdir, lakin heç bir zəmanət yoxdur ki bu şirkət yenidən bazarda digər ad altında fəaliyyətə başlamasın. Öz mənzillərinin bərpasına iri həcmdə pul vəsaiti qoymuş dağılmış evlərin sahibləri isə yrnə də heçnəsiz qaldılar.

4. Uduzmamaq olmayan lotereya 
Əlbəttə ki lotereyada milyonluq cekpot udmaq şansları çox azdır, amma bilet üçün heç olmasa ancaq bir dollar vermək lazım gəlir.  Lakin fırıldaqçılar əksinə olan prinsip üzrə hərəkət edirlər: onlar adamlara artıq böyük məbləğdə pul udduqlarını xəbər verirlər, hətta bunu sübut etmək üçün çek göndərirlər. Sonra “bəxtəvərdən” guya komissiyanı və vergiləri ödəmək üçün min dollar tələb edirlər. Nəticədə cinayəkarlar buxarlanır və onlarla bərabər buna aldananın gözəl həyata və pullara olan ümidlər də buxarlanır.

3. Şəxsi məlumatın oğurlanması 
Şəxsi məlumatların oğurlanması çox yayılmış cinayət fəaliyyətinin bir növünə çevrilir. Ancaq 2009-cu ildə ABŞ-da onun qurbanları 11,2 mln insan olmuşdur, bu haqda Better Business Bureau-nun 2010-cu ildə dərc olunmuş tədqiqat materiallarında deyilir.

Həmən il ziyanın orta hesabla bir adama olan həcmi 5 min dollar təşkil etmişdir, bu səbəbdən şəxsi məlumatların oğurlanması ən baha başa gələn fırıldaq hesab olunur. Burada miqyaslar müxtəlif olur, korporativ məlumat bazalarının yüksək texnologiyalı sındırılmasından sadə cib oğurluğna kimi, bu səbəbdən şəxsi məlumatı göz bəbəyi kimi  qorumaq lazımdır.

2. Həddən artıq pul da pisdir 
“Monopoliya” stolüstü oyununda “Sizin xeyirinizə olan bank səhvi” uduş opsiyası var.  Lakin oyundan fərqli olaraq real həyatda belə səhvlər cinayətkar sxemin əlaməti ola bilər. Məsələn, alıcı “təsadüfən” onlayn mal satan satıcıya həddindən artıq məbləğdə çek göndərə bilər, sonra isə birdən ayılaraq artıq məbləği geriyə tələb edə bilər. Satıcı pulu köçürdükdən sonra çek saxta olduğu aşkar olur və fırıldaqçılar pullarla bir yerdə yox olurlar. İnternetdə satışla məşğul olanlara məsləhət: belə hallarda həmişə pulu gondməzdən əvvəl təkrarən artıq düzgün çeki tələb etmək lazımdır.

1. Əvvəlcədən ödənilən kreditlər

Əgər pul lazımsa kredit tarixi isə borc almaq üçün kifayyət qədər yaxşı deyilsə, nə etmək lazımdır?  Əksər Amerikalılar belə vəziyyətə düşmüşdülər, bundan isə kredit təklif edən və onun tərtib olunması üçün qabaqcadan ödəmə tələb edən fırıldaqçılar istifadə etmişdilər. Rod-Aylend ştatında belə şirkətlərdən biri yerli jurnalistlərin bu şirkətin ünvanı və telefonu “kreditləri” kimi saxta olduğunu aydınlaşdırınca borc almaq arzusunda olanlardan yüzlərlə dollar almışdı.

Son xəbərlər
Digər xəbərlər