14 C
Baku
Saturday, April 27, 2024

2013-cü ildə bütün mətbuatı sirkələyən xəbər

“2014 cü ildə manatın yeni dizyanı daha fərqli şəkildə olacaq. Həmçinin 1, 5, 10, 20, 50 və 100 manatlıq əskinazların üzərində dahi şəxsiyyətlərin şəkilləri əks olunacaqdır.” 2013 cü il avqustun 15-də facebook aləmində bu xəbər günün əsas müzakirə mövzusuna çevrildi. Xəbərin yalnış olması və saxta fotoşəkillərin yayılmasına baxmayaraq bütün internet aləmini sirkələdi.

Şəkillərin çox keyfiyyətli hazırlanması bir çoxlarını xəbərin doğru olmasına inandırmışdır.
Yayılmış şəkillərdə, 1 manatlıq əskinasın üzərində Üzeyir Hacıbəyov, 5 manatlıq – Nizami Gəncəvi, 10 manatlıq – Zeynalabdin Tağıyev, 20 manatlıq – Molla Pənah Vaqif, 50 manatlıq – Yusif Məmmədəliyev, 100 manatlıq əskinasın üzərində isə Heydər Əliyevin təsvirləri yer almışdır.

Daha sonra açıqlanan məlumatda bu şəkillər forumlardan birində dizayner tərəfindən zarafat kimi hazırlanıb və yerləşdirdiyi ortaya çıxdı.

Daha sonra isə Mərkəzi Bank da əskinaslarla bağlı rəsmi məlumat yayaraq xəbərin yalnış olduğunu qeyd etmişdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər