21 C
Baku
Thursday, April 25, 2024

2014-cü ildə Azərbaycanda inflyasiya haqqında

Ötən ilin yekunları üzrə ölkədə inflyasiya 2,4% səviyyəsində olub.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2014-cü ildə MDB məkanında ən aşağı inflyasiya səviyyələrindən birinin (3,8% həcmində) Azərbaycanda olacağını proqnozlaşdırır.

Bu barədə bankın yayılmış “AYİB-in əməliyyat apardığı ölkələrdə regional iqtisadi perspektivlər” adlı hesabatında deyilir. Sonuncu hesabat ötən ilin oktyabrında dərc edilib.

AYİB-in gözləntilərinə görə, Azərbaycanın göstəricisindən aşağı səviyyədə (2,6%) inflyasiya MDB ölkələrində yalnız Ukraynada olacaq.

Hesabata əsasən, 2014-cü ildə AYİB Ermənistanda – 3,9%, Tacikistanda – 4,4%, Moldovada- 4,7%, Qırğızıstanda – 5,4%, Rusiyada – 5,6%, Türkmənistanda – 5,7%, Qazaxıstanda – 5,9%, Özbəkistanda – 14,5%, Belarusda – 11% səviyyəsində inflyasiyanın olacağını proqnozlaşdırır. Bundan başqa, AYİB Gürcüstanda inflyasiyanın 4,1% səviyyəsində olacağını gözləyir.

2013-cü ilin yekunları üzrə Azərbaycanda inflyasiya 2,4% səviyyəsində olub.

Trend.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər