2017-ci ildə BFB-də əqdlər üzrə dövriyyə 2,4 dəfə artıb

2017-ci ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 13 mlrd. 618 mln. 506,591 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə BFB-dən məlumat verilir.

Ötən il BFB-də əqdlərin ümumi həcmində 5 mlrd. 932 mln. 475,708 min manat törəmə alətlər bazarının (artım 33,6% – İF-Az), bunun 5 mlrd. 531 mln. 326,527 min manatı valyuta, 401 mln. 149,182 min manatı isə əmtəə üzrə əqdlərin payına düşüb.

Ümumi dövriyyədən 6 mlrd. 66 mln. 555,117 min manat (artım 7,2 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 839 mln. 418,410 min manat (artım 47,9%) olub. İlkin bazarda 794 mln. 518,614 min manatlıq, təkrar bazarda 44 mln. 899,796 min manatlıq istiqraz yerləşdirilib.

Hesabat dövründə ilkin bazarda AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 5 mlrd. 227 mln. 136,707 min manat təşkil edib (artım 19,4 dəfə). İlkin bazarda 5 mlrd. 185 mln. 738,092 min manatlıq, təkrar bazarda 41 mln. 398,614 min manatlıq səhm yerləşdirilib.

BFB-nin ümumi dövriyyəsində 709 mln. 609,702 min manat (artım 6 dəfə) pay bazarının payına düşüb. İlkin bazarda 690 mln. 621,123 min manatlıq, təkrar bazarda 18 mln. 988,578 min manatlıq səhm yerləşdirilib.

2017-ci ildə əqdlərin ümumi həcmində 858 mln. 314,883 min manat qiymətli kağızlar bazarının borc alətlərinin payına düşüb (artım 2,8 dəfə). Bununla belə, ilkin bazarda Azərbaycan İpoteka Fondunun 265 mln. 834,682 min manatlıq, təkrar bazarda 385 mln. 763,46 min manatlıq istiqrazı yerləşdirilib. Qeyd olunan dövrdə ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 17 mln. 1 min manat, təkrar bazarda 189 mln. 715,74 min manat təşkil edib.

2017-ci ildə BFB-nin ümumi dövriyyəsində 51 mln. 551,179 min manat repo əməliyyatlarının payına düşüb (artım 24,9 dəfə)

📝 RƏY BİLDİR