26 C
Baku
Saturday, April 20, 2024

2018-ci ilə azalma ilə başlanğıc. Bu layihə üzrə Azərbaycanın gəlirləri 8% azalıb

2018-ci ilin birinci rübündə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə yük daşımalarından Azərbaycanın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% – 150 mln. 39,9 min manatadək azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Hesabat dövründə bu nəqliyyat dəhlizi ilə yük daşımalarından Azərbaycan 49 mln. 111,3 min manat gəlir əldə edib ki, bu da 2017-cı ilin yanvar-mart aylarının göstəricisindən 12,6% azdır», – məlumatda bildirilir.

2017-ci ilin birinci rübündə Avrasiya nəqliyyat dəhlizi ilə sərnişin daşımalarından respublikanın gəlirləri 32 mln. 746,7 min manat (artım 6%) məbləğində olub.

Xəbər verildiyi kimi, 2018-ci ilin birinci rübündə TRACECA çərçivəsində Azərbaycan ərazisi ilə 12 mln. 765,2 min ton yük, o cümlədən 2 mln. 586 min ton və ya 20,3% tranzit yük daşınıb.

Bu dövrdə TRACECA ilə 85 mln. 594,8 min nəfər sərnişin daşınıb.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.

Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər