15 C
Baku
Friday, March 29, 2024

2018-ci il dünya iqtisadiyyatının artım ili olacaq

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 2018-ci il üzrə iqtisadi proqnozunu nəşr edib.

Banker.az xəbər verir ki, proqnoza əsasən, dünya iqtisadiyyatı növbəti il demək olar ki, 4% artacaq. Məşğulluq səviyyəsi böhrandan əvvəlki göstəricilərdən yüksəkdir, işsizlik isə enir.

“Ölkələr məhsuldarlıq və əmək haqqının artırılması üçün özəl sahəni stimullaşdıran islahatlar həyata keçirməlidir” – deyə İƏİT icraçı katibi Angel Gurria şərh edib.

Gözləntilərə görə, iqtisadiyyatda ən böyük artım Almaniya – 2,3%, Fransa – 1,8% və İtaliya – 1,5% kimi ölkələrdə qeydə alınacaq. Ekspertlər buna əsas səbəb olaraq stimullu pul-kredit siyasətini, istehlak göstəricilərinin artması və investisiya həcminin artımını göstərib.

Son xəbərlər
Digər xəbərlər