15 C
Baku
Saturday, April 20, 2024

2018-ci il üçün 10 şok proqnozunu açıqladı

Qlobal maliyyə bazarlarının 2017-ci ildə sabitləşməsi növbəti ildə kəskin artım və azalmalarla əvəzlənəcək. Bu barədə Danimarkanın “Saxo Bank” onlayn investisiya bankından verilən məlumatda bildirilir.

“Saxo Bank” 2018-ci il üçün az ehtimal olunan, lakin qiymətləndirilməyən mümkün 10 şok hadisəni sadalayıb. Bunlardan birincisi, ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyini itirməsi və Maliyyə Nazirliyinin məsuliyyəti öz üzərinə götürməsidir. İkincisi, Yaponiyanın istiqrazların gəlirlilik əyrisinə nəzarətdən imtina etməsidir. Üçüncüsü, Çinin neft ödəmələrini yuanla aparmağa başlamasıdır. Dördüncüsü, səhm bazarında volatilliyin artma ehtimallarıdır. Beşincisi, ABŞ-da siyasi vəziyyətin gərginləşməsidir. Altıncısı, Avstriya-Macar imperiyasının Avropa İttifaqını zəbt etməsi ehtimalıdır. Yeddincisi, bitkoinlə bağlı narahatlıqlardır. Səkkizincisi, Afrikada demokratik proseslərin yarada biləcəyi təhlükələrdir. Doqquzuncusu, Çinin “Tencent” şirkətinin ABŞ-ın “Apple” şirkətini kapitallaşmaya görə üstələməsidir. Sonuncusu isə, qadınların cəmiyyətdə rolunun artması ilə bağlıdır.

“Saxo Bank”ın baş iqtisadçısı və investisiyalar üzrə direktoru Stin Yakobsen bildirib ki, “şok proqnozlara rəsmi proqnozlar kimi baxmağa ehtiyac yoxdur, bu, sadəcə ümumi qəbul olunmuş baxışları dəyişmək potensialı daşıyır”.

Proqnozlarla əlaqədar “Saxo Bank”ın baş valyuta strategiyası mütəxəssisi Con Hardi isə qeyd edib ki, “2017-ci ilin dalğalı il olacağını proqnozlaşdırdığımız halda, hər şey tərsinə oldu. Maliyyə bazarlarında sabitlik bərpa edildi. 2018-ci il üçün isə sabit konyunkturanın olacağı ehtimal edildiyi halda, hər şey bir anda dəyişə bilər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər