2018-ci ildə keçiriləcək imtahan və digər tədbirlərin tarixləri elan edildi – SİYAHI

DİM tərəfindən 2018-ci ildə keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrinə I IV ixtisas qrupları üzrə ikinci (yay) qəbul imtahanlarının,  I-V ixtisas qrupları üzrə ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya qəbul imtahanlarının ikinci mərhələsinin, ixtisaslaşma seçiminin, ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, kolleclərə ərizə qəbulunun, eləcə də digər təbrilərin tarixləri müəyyən olunub.

Banker.az-a bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat daxil olub.

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq.

I-V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə  abituriyentlərin ərizələrinin qəbulu martın 29-dan aprelin 30-dək aparılacaqdır.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 25-də, II mərhələsi iyunun 3-də, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 1-də, ikinci mərhələsi isə iyulun 8-də keçiriləcəkdir.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi 4, 11 və 18 mart tarixlərində təşkil olunacaq. Ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarının ikinci mərhələsi və tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün imtahanlar isə 21, 27 iyun və 3 iyul tarixlərində təşkil olunacaq.

Digər imtahanların tarixləri və tədbirlərin qrafiki ilə aşağıdakı cədvəldə ətraflı tanış ola bilərsiniz*. Qrafik Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilmişdir. Axtarış sistemində sizə lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixlərini əldə edə bilərsiniz. Siz, həmçinin axtarış sistemində “status” bölməsində “keçirilir”, “keçiriləcək”, “keçirilib” bəndlərindən birini qeyd etməklə, yalnız həmin bəndə uyğun məlumatları almaq imkanına maliksiniz. Bundan əlavə saytda hər bir fəaliyyət istiqaməti üzrə də ayrıca “Təqvim” bölməsi var və o bölmədə yalnız həmin istiqamətə aid “xəbərlər”, “e-xidmətlər”, “tez-tez verilən suallar”, eləcə də imtahan tarixləri yerləşdirilib.

Tədbir Tarix (2018‑ci il)
 Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına:
ərizə qəbulu 2- 12 fevral
 İmtahana buraxılış vərəqəsinin çap edilməsi 20- 24 fevral
 QƏBUL İMTAHANI – 1-ci mərhələ 25 fevral
 Proqram seçimi 7- 17 may
 İmtahana buraxılış vərəqəsinin çap edilməsi 25 may- 2 iyun
 QƏBUL İMTAHANI – 2-ci mərhələ 3 iyun
 Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı 20- 30 aprel
Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qabiliyyət imtahanı 7- 11 may
 İxtisaslaşma  seçimi 8- 18 iyun
 68, 69, 70-ci proqramı seçən bakalavrların qabiliyyət imtahanı 6-8 iyun
 bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 28 iyun- 11 iyul
 AMEA magistraturasına qəbul olmaq üçün qeydiyyat 7 iyun- 10 iyul
 AMEA magistraturasına qəbul olmaq üçün müsahibə 12 iyun- 14 iyul
 boş qalan yerlərə ixtisas seçimi 7- 13 avqust
 boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 16-24 avqust
 Azərbaycan Respublikasında rezidenturaya :
 ərizə qəbulu 15- 22 fevral
 İmtahana buraxılış vərəqəsinin çap edilməsi 27- 31 mart
 QƏBUL İMTAHANI 1-ci mərhələ 1 aprel
 I mərhələdə müsabiqə şərtlərini ödəyən namizədlərin II mərhələ imtahanında iştirak etmək üçün qeydiyyatı 4- 11 iyun
 İmtahana buraxılış vərəqəsinin çap edilməsi 4- 7 iyul
 QƏBUL İMTAHANI 2-ci mərhələ 8 iyul
 İxtisas seçimi 10- 16 iyul
 namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 3- 7 iyul
 boş qalan yerlərə ərizə qəbulu 31 iyul- 1 avqust
 Sınaq imtahanı (elektron) 16 may (II mərh)
 Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)
 1-ci imtahan 22 aprel
 29 mart- 10 aprel 23:59-dək elektron ərizələrini təsdiq etmiş, lakin 1-ci imtahanda “qeyri-məqbul” qiymət alan və ya iştirak etməyən abituriyentlər üçün qeydiyyat 18 – 29 may
 18-29 may tarixlərində qeydiyyatdan keçmiş abituriyentlər üçün  2-ci imtahan 10 iyun
elektron ərizələrini 10 aprel saat 23:59-dan sonra təsdiq etmiş  abituriyentlər üçün imtahan 10 iyun
 2-ci imtahan 10 iyun
 Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:
 Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanları 1, 15, 29 aprel
 ərizə qəbulu  (I – V qruplar) 29 mart- 30 aprel
 ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak etmək üçün elektron qeydiyyatı 17 may- 14 iyun
 QƏBUL İMTAHANI (ilk imtahan) – II və III ixtisas qrupları üzrə 13-May
 QƏBUL İMTAHANI (ilk imtahan) – I və IV ixtisas qrupları üzrə 20-May
 QƏBUL İMTAHANI (ikinci imtahan) – I və IV ixtisas qrupları üzrə 18 iyul
 QƏBUL İMTAHANI (ikinci imtahan) – II və III ixtisas qrupları üzrə 26 iyul
 QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları üçün) – V qrup üzrə 10 iyul
 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə 6- 16 iyul
I qrup üzrə 21- 24 iyul
 Bakı İslam Universitetinə qəbul olmaq istəyənlərin qeydiyyatı 29- 31 iyul
11- 13 avqust (boş qalan yerlərə)
 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları (I və V qrup) V qrup üzrə 23 iyul- 12 avqust
I qrup üzrə 30 iyul- 2 avqust
 Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanı 30 iyul- 3 avqust
13- 16 avqust (boş qalan yerlərə)
 jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı 10-30 aprel
 jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı 6 avqust
 İxtisas seçimi (I – IV qrup) 30 iyul- 13 avqust
 İxtisas seçimi (V qrup) 30 iyul- 13 avqust
 abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ) 16- 28 avqust
 boş qalan yerlərə ixtisas seçimi 16- 20 avqust
 boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24 avqust- 3 sentyabr
 hərbi liseylərə və Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı 30 iyul
 Orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında:
 ərizə qəbulu 1- 27 mart
 QƏBUL İMTAHANI  I mərhələ (əvvəlki illərin məzunları) 15 aprel
 QƏBUL İMTAHANI  II mərhələ (əvvəlki illərin məzunları) 10 iyul
 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat 6-16 iyul
 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 30 iyul- 3 avqust
 ixtisas seçimi 25 iyul- 6 avqust
 abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 9-24 avqust
 boş qalan yerlərə ixtisas seçimi 28 avqust- 3 sentyabr
 boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 5- 12 sentyabr
 Orta ixtisas təhsili müəssisələrinə tam (11 illik) orta təhsil bazasında:
 ərizə qəbulu 29 mart- 30 aprel
 QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları) 10 iyul
 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat 6-16 iyul
 xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı 23 iyul- 3 avqust
 ixtisas seçimi 16- 20 avqust
 abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 24- 30 avqust
 boş qalan yerlərə ixtisas seçimi 1- 5 sentyabr
 boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 7-12 sentyabr
 Buraxılış imtahanları:
 İlk peşə-ixtisas təhsili müəssisələri 18 mart
 Ümumi orta təhsil bazasında, I mərhələ, 1-ci istiqamət 4 mart
 Ümumi orta təhsil bazasında, I mərhələ, 2-ci istiqamət 11 mart
 Ümumi orta təhsil bazasında, I mərhələ, 3-cü istiqamət 18 mart
 Ümumi orta təhsil bazasında, I mərhələ (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 15 aprel
 Ümumi orta təhsil bazasında II mərhələ, 1-ci istiqamət 21 iyun
 Ümumi orta təhsil bazasında II mərhələ, 2-ci istiqamət 27 iyun
 Ümumi orta təhsil bazasında II mərhələ, 3-cü istiqamət 3 iyul
 Ümumi orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün(II mərhələ)) 10 iyul
 Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət 21 iyun
 Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət 27 iyun
 Tam orta (11 illik) təhsil bazasında, 3-cü istiqamət 3 iyul
 Tam orta təhsil bazasında (əvvəlki illərin məzunları və eksternat qaydasında imtahan verənlər üçün) 10 iyul

*Qeyd edək ki, ölkədə keçirilə biləcək digər kütləvi tədbirlər nəzərə alınaraq qrafikdə dəyişikliklər edilə bilər. Bununla bağlı əvvəlcədən məlumat veriləcəkdir.