22 C
Baku
Thursday, April 25, 2024

“2018-ci ildə neftin orta qiyməti 40-43 dollar olacaq”

Gələn il qlobal bazarda neftin orta qiyməti 40-43 dollar/barel təşkil edəcək. “RİA Novosti” agentliyinə istinadən, belə bir proqnozla “Rossiya 24” telekanalına müsahibəsində “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçin çıxış edib.

“Şist neft istehsalı amili ilə yanaşı neft bazarına ABŞ-da maliyyə alətlərinin təsiri böyükdür. Dollar hazırda 20%-ə yaxın devalvasiya olub. Əgər siz uyğun əmsallardan istifadə edərək hesablama aparsanız, görərsiz ki, ABŞ-da neftin real qiyməti məhz 40 dollar/barel olmalıdır”, – deyə İ.Seçin bildirib.

Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak bir müddət öncə 2018-ci ildə neftin orta qiymətinin 45-55 dollar/barel olacağını ehtimal edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər