12 C
Baku
Friday, March 29, 2024

“2018-ci ildə təkrar maliyyələşmə üçün bazara yeni investorlar gətirmək niyyətindəyik”

“Azərbaycanda mikromaliyyə təşkilatlarının kredit portfeli ilə bağlı dinamika tam ürəkaçan deyil”.

Bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva deyib. Onun sözlərinə görə, devalvasiyadan əvvəlki dövrlə müqayisədə müştəri sayı və kredit portfelində azalma var.

“Ancaq 2017-ci ildə müsbətə doğru dinamika başladı. Artıq kreditləşmə bərpa olundu. Geri qayıdan portfel hesabına kiçik sahibkarlara kreditlərin verilməsinə başlanıb. Bizim məqsədimiz 2018-ci ildə təkrar maliyyələşmə üçün investorları bazara gətirməkdən ibarətdir. Eyni zamanda, böhrandan çıxmış bazarlara maraq göstərən yeni investorları da bazara gətirmək niyyətindəyik. Xüsusilə də kənd təsərrüfatı sahəsində təkrar maliyyəni gətirməkdə maraqlıyıq”, – deyə Jalə Hacıyeva vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər