2018-ci ilin yanvar ayı üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

2018-ci ilin yanvar ayı ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 82.8 mln. manat məbləğində sığorta haqqı toplanmış, 23 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.           

Könüllü sığorta bazarı üzrə haqlar 71.9 mln. manat, ödənişlər isə 18 mln. manat təşkil etmişdir. İcbari sığorta bazarı üzrə haqlar 10.9 mln. manat, ödənişlər isə 5 mln. manat olmuşdur.

2018-ci ilin yanvar ayı ərzində sektor üzrə məcmu sığorta haqlarının 87%-i könüllü, 13%-i isə icbari sığorta növlərinin payına düşmüşdür. Sığorta ödənişlərinin 78%-i könüllü, 22%-i isə icbari sığorta növlərinin hesabına formalaşmışdır.

2018-ci ilin yanvar ayı ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

2018-ci ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında
M  Ə  L  U  M  A  T
(təcili məlumatlar əsasında)

(min manatla)
Sığorta sinifləri Sığorta haqları Sığorta ödənişləri
Könüllü sığortalar üzrə – cəmi: 71,858.8 17,992.9
 o cümlədən:    
Həyat sığortası üzrə, o cümlədən: 16,702.6 10,995.5
     həyatın yaşam sığortası 12,622.6 10,944.4
     həyatın ölüm halından sığortası 3,921.3 51.0
     əmək qabiliyyətinin sığortası 151.5 0.0
     sağalmaz xəstəliklərdən sığorta 7.2 0.0
     annuitet sığortası 0.0 0.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən 55,156.3 6,997.4
Şəxsi sığorta,  o cümlədən: 40,209.1 5,522.9
    tibbi sığorta 39,815.6 5,501.3
    xaricə səfər edən vətəndaşların sığortası 215.6 11.7
    fərdi qəza və xəstəlik sığortası 177.9 9.9
Əmlak sığortası, o cümlədən: 14,947.1 1,474.4
əmlakın sığortası,  o cümlədən: 10,844.1 950.2
     hava nəqliyyatı vasitələrinin sığortası 4,253.1 0.0
     əmlakın yanğından və digər risklərdən sığortası 3,465.7 36.9
     avtonəqliyyat vasitələrinin sığortası 2,075.7 830.8
     yüklərin (nəqliyyat) sığortası 490.4 2.6
     kənd təsərrüfatı heyvanlarının sığortası 285.3 79.9
     su nəqliyyat vasitələrinin sığortası 226.1 0.0
     dəmiryol nəqliyyatı vasitələrinin sığortası 0.9 0.0
     kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası 0.0 0.0
     əmlakın sığortası ilə bağlı digər siniflər,  o cümlədən: 47.0 0.0
        – işçilərin dələduzluğu sığortası 47.0 0.0
        – pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta 0.0 0.0
        – titul sığortası 0.0 0.0
mülki məsuliyyətin sığortası, o cümlədən: 4,102.4 524.2
       hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 2,013.5 315.2
       ümumi mülki məsuliyyətin sığortası 1,624.6 185.5
       avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 240.5 8.0
       peşə məsuliyyətinin sığortası 121.7 0.0
       işəgötürənin məsuliyyət sığortası 67.6 15.6
       yük daşıyanın mülki məsuliyyətinin sığortası 34.5 0.0
       dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0.0 0.0
       su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası 0.0 0.0
       mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası 0.0 0.0
       hüquqi xərclərin sığortası 0.0 0.0
kredit sığortası, o cümlədən: 0.6 0.0
       kreditlərin sığortası 0.6 0.0
       ipoteka sığortası 0.0 0.0
qarışıq maliyyə risklərinin sığortası,  o cümlədən: 0.0 0.0
      əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta 0.0 0.0
      işin dayanması ilə bağlı risklərdən sığorta 0.0 0.0
İcbari sığortalar üzrə – cəmi: 10,901.2 4,995.3
 o cümlədən:    
Həyat sığortası üzrə 1,767.0 446.7
     İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
1,767.0 446.7
Qeyri-həyat sığortası üzrə, o cümlədən 9,134.2 4,548.6
      avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 5,513.5 4,054.2
      daşınmaz əmlakın icbari sığortası 3,550.0 62.6
       hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası 0.0 292.6
       məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası 0.0 117.1
      daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 44.5 22.0
      sərnişinlərin icbari fərdi qəza sığortası 25.8 0.0
      auditorların peşə məsuliyyətinin icbari sığortası 0.4 0.0
       nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 0.0 0.0
      dövlət qulluqçuların icbari sığortası 0.0 0.0
      diplomatik nümayəndələrin icbari sığortası 0.0 0.0
YEKUN 82,760.0 22,988.1

 

📝 RƏY BİLDİR