2030-cu ilə qədər 800 milyon insan robotlara görə işini itirə bilər

Banker.az xəbər verir ki, McKinsey Global Institute hesablamasına əsasən, 2030-cu ilə qədər dünya üzrə 400 milyondan 800 milyona qədər insan öz iş yerini itirə bilər. Buna səbəb isə işçilərin robotlarla əvəz olunması və yaxud avtomatlaşdırma prosesi olacaq.

İş yerlərini həm inkişaf etmiş, həm də inkişafda olan ölkələrin sakinləri itirə bilər. Back-office əməkdaşları, maşın operatorları, fast-food şəbəkələrinin işçiləri və kreditləşmə ilə məşğul olanlar əsas olaraq risk zonasına daxildirlər.

McKinsey proqnozlarına görə, avtomatlaşdırma ən çox Çinə toxunacaq. Burada 200 milyondan çox insan, yəni işçi qüvvəsinin 16%-i təhlükə altındadır. İkinci pillədə Hindistan (demək olar ki, 150 milyon insan, 9%), üçüncü pillədə ABŞ (təqribən 50 milyon insan, təqribi 25%) qərarlaşıb.

Ən az zərər görən sahələr isə personalın idarə olunması və sosial qarşılıqlı əlaqə ilə bağlı sahələr olacaq.

📝 RƏY BİLDİR