8 C
Baku
Thursday, March 28, 2024

$2,5 milyard nağd pul: nəyə görə çinlilər bankomatları boşaldır

Banker.az xəbər verir ki, son ay ərzində Honqkonqda bankomatlardan inanılmaz həcmdə böyük məbləğ, yəni 2,5 milyard dollar (20 milyard Honqkonq dolları) çıxarılıb.

Vəsaitlərin böyük hissəsi Çinin materik sakinləri tərəfindən çıxarılıb. Buna səbəb isə yerli hökumətin keçən ay bank kartları ilə vəsaitlərin nağdlaşdırılmasına bir sıra məhdudiyyətlərin qoymasıdır.

 

Belə ki, dekabr ayının sonunda Çinin materik hissəsinin sakinlərinə xarici bankomatlarda adambaşına ildə 15 min dollardan çox vəsait nağdlaşdırmaq qadağan olundu. Bu qadağa başqa kredit kartlarından nağdlaşdırmaya da şamil edilir. Bu məhdudiyyətlər bütün bank hesablarına və onlarla əlaqələndirilmiş kartlara aiddir. Tənzimləyici bu tədbirləri çirkli pulların yuyulması, vergidən yayınma və terrorizmin maliyyələşdirilməsi ilə bağlı mübarizə ilə izah edib.

Bu qadağaya baxmayaraq, qitə sakinləri hələ ki Çinin xüsusi administrativ rayonu – Honqkonqun bankomatlarında başqa bank kartlarından istifadə edərək böyük məbləğlər çıxara bilirlər. Burada hələ ki, başqa bankların kartlarından istifadə etmək qadağan olunmayıb. İnsanların buraya axın edərək vəsait nağdlaşdırmasına səbəb məhz budur.

Son xəbərlər
Digər xəbərlər