27 C
Baku
Wednesday, April 24, 2024

30 yaşında yol verdiyimiz maliyyə səhvləri

Maliyyə sahəsi üzrə konsultantlar BusinessInsider nəşrinə əksər insanların 30 yaşından sonra ən çox yol verdiyi maliyyə səhvlərindən bəhs edib.

Banker.az sözügedən bu səhvlərin ən geniş yayılanlarını təqdim edir:

Gələcəkdə daha çox pul qazanacağınızı düşünmək:

Optimizm yaxşı xüsusiyyətdir, lakin o da həddindən artıq olduqda təhlükəli xarakter alır. Bəziləri düşünür ki, 40 və ondan daha çox yaşda hazırda, yəni 30 yaşında olduğundan daha çox pul qazanacaq və bu yaşdakı passivliyinə bununla bəraət qazandırır.

Neçə yaşınız olursa olsun, qənaət etməyi unutmayın. Hər zaman qazandığınızdan daha az xərcləyin. Pulunuz olduqda hər şeyi eyni andaca almağa can atmayın. Əvvəlcə gələcək üçün bir kənarda pul ayırın, daha sonra isə indiki zaman üçün xərcləyin.

Düzgün qənaət etməmək:

 

Qənaət etməyin mənfi cəhəti həddindən artıq qənaət etməkdir. Bir çoxları təqaüd ilə bağlı o qədər narahatlıq keçirir ki, artıq 30 yaşından başlayaraq təqaüd hesabı yaradır və bütün vəsaitlərini ora yönləndirir. Bunu edərək isə mənzil, ailə və yaxud təhsil ilə bağlı mühüm xərcləri rədd edir. Təqaüd məsələsinin qeydinə qalmaq yaxşıdır, lakin bunun üçün həddindən artıq və zamanından əvvəl səy göstərməyin. Yadda saxlayın ki, pullara müxtəlif investisiya vasitələri mövcuddur (yatırımlar, qiymətli kağızlar, daşınmaz əmlak).


Avtomobilə çox pul xərcləmək:

İnsanlar öz avtomobillərindən tez bezir və daim əvvəlkindən daha yaxşı olan yeni avtomobil almaq istəyirlər. Bu çox pul tələb edən bir yarışa çevrilir. Avtomobilinizi tez-tez dəyişirsinizsə lizinq variantını nəzərdən keçirin.

Az pul qarşılığında işləmək: 


30 yaşında işə qarşı ciddi yanaşmaq, müvəqqəti və yaxud az gəlirli iş təklifləri ilə razılaşmamaq lazımdır. 30-40 yaşında daha çox pul qazana bilməyiniz üçün əvvəlcədən hazırlaşmalı idiniz. Şansınızı əldən verməyin.

Sığorta məsələsinə ciddi yanaşmamaq:

Bir çoxları həyat və yaxud daşınmaz əmlak sığortasını sonraya təxirə salır. Və bu problemlərə gətirib çıxarır. İnsan yaşa dolduqca xəstələnmək riskləri də bir o qədər artır. Könüllü tibbi sığorta etməkdə fayda var.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər