15 C
Baku
Friday, March 29, 2024

37 min manata “AA” seriyalı avtomobil nömrəsi satılır – SİYAHI

Azərbaycanın internet satış portallarından birində 37 000 manata avtomobilin seriya nömrəsi satışa çıxarılıb. “10-AA-571” və “10-AS-571” dövlət nömrə nişanlarının 37 min manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib.

Satışda, həmçinin “AA”, “AS”, “AF” seriyalı qeydiyyat nişanları da var.

  • 10-AS-535 – 4500 AZN
  • 10-AF-111 – 7000 AZN
  • 10-AS-081 – 6500 AZN
  • 90-AA-353 – 14500 AZN
  • 10-OO-044 – 29000 AZN
  • 10-OO-015 – 35000 AZN
  • 10-HH-008 – 59000 AZN

Ekspertlər isə bildirirlər ki, qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni ayrıca satmaq qanunla qadağandır.

MənbəSalamNews
Son xəbərlər
Digər xəbərlər