3D Secure sistemi nədir?

“3D Secure” – internet vasitəsilə aparılan əməliyyatlarda dələduzluq hallarından mühafizə və ödənişlərin təhlükəsizləşdirilməsi imkanını verən qabaqcıl bir texnologiyadır. 

Bəs bu sistem hansı xidmətlər göstərir?

  • Ticarət müəssisənin xidmətlərini dünyanın bütün banklarının VISA və ya MasterCard beynəlxalq ödəmə sistemlərinin kartları ilə rahat, vaxt itirmədən və dünyanın istənilən nöqtəsindən ödəmək imkanı;
  • Standartlarına uyğun ödəmə xidmətinin təminatı;
  • Müştərilərə rahat, müasir və tələb olunan ödəmə xidmətinin 24 saat ərzində və online rejimində verilməsi;
  • Müştərilərdən ödəmələrin qəbulunda, poçt və bank köçürmələri ilə müqayisə olunmaz yüksək sürətin təminatı.

Hansı kartlar qəbul olunur?

AzəriKard vasitəsi ilə ticarət müəssisənin saytında malların və xidmətlərin ödənilməsi üçün qəbul olunur:

  • VISA və MasterCard (Visa, Visa Electron,  MasterCard, MasterCard Electronic, Maestro) beynəlxalq ödəmə sistemlərinin ödəməkartları;
  • AzəriKard sisteminə daxil olan və xarici bankların kartları;
  • İstənilən valyutada olan kartlar.

3D-Security

TƏHLÜKƏSİZDİR:
Sifarişin çatdırılması anında müştəridən nağd pul götürmək və ya imprinterdən kartını keçirməyə ehtiyacqalmır.Həmçinin, kartla ödəməni internetdə qorumaq üçün AzəriKard tərəfindən ən müasir təhlükəsizlik standartları tətbiq olunub.

Nəyə görə bu xidmət rahatdır?

  • Evdən ya da ofisdən çıxmağa ehtiyac yoxdur;
  • Yaxşı tanış olan ödəmə üsuldan istifadə olunur – VISA və ya MasterCard kartları;
  • Ödəməni 24 saat ərzində və online rejimində keçirmək olar.

3D Secure parolun necə əldə etmək olar?

“3D Secure” xidmətinə qoşulmaq üçün kart sahibləri qeydiyyatdan keçməlidir. Bunun üçün müştərilər istənilən bankomatın XİDMƏTLƏR menyusuna daxil olub, ordakı “İnternet Banking və 3D Secure üçün birdəfəlik parollar siyahısı” bölməsini seçməli və birdəfəlik şifrələr qeyd edilmiş çeki çap etməlidirlər. “SMS-Xəbərdarlıq” xidmətinə qoşulmuş müştərilər qeydiyyat şifrəsinin mobil telefona göndərilməsini istəyirlərsə bu çeki çap etməyə bilərlər.

Ediləcək hər bir əməliyyat zamanı müştəriyə sms vasitəsilə yenilənmiş, xüsusi şifrə göndəriləcəkdir. Əldə edilmiş şifrə, internet ödənişləri zamanı istifadə edilərək, əməliyyatlar daha təhlükəsiz həyata keçiriləcəkdir.

Qeyd edək ki, hazırda banklarımızın bir neçəsi “3D Secure” texnologiyasını istifadəyə verib.