4 faizlik marjanın ləğvi manata təzyiqi azaltmayacaq [şərh]

271

Mərkəzi Bankın valyuta satışı zaman müəyyənləşdirilmiş 4 faizlik marjanın ləğv etməyə hazırlaşıdığı bildirilir. Bu baş verəcəyi halda Azərbaycanda liberal üzən məzənnəyə keçiləcək.

Amma Mərkəzi Bank bunu cari tələbi ödəmədən həyata keçirərsə, hətta Neft Fondunun baş banka bu ilki 7.5 milyard manatlıq transferlərinə baxmayaraq manatın dəyər itirməsinin qarşısını almaq mümkün olmayacaq.

İqtisadçı-ekspert Vüqar Bayramov sosial şəbəkədə Mərkəzi Bankın son qərarına şərh verib.

Liberal məzənnənin bu ilin yaz aylarında tətbiq olunması güman edilirdi. Amma belə görsənir ki, bu daha tez baş verə bilər. Amma Mərkəzi Bankın qısa zamanda liberal məzənnəyə keçidi heç də arzuolunan deyil. Təəssüf ki, ötən 2 il yarım müddətdə milli valyutamız liberal məzənnə rejiminə hazırlaşdırılmadı. Liberal məzənnəyə keçid yaxın zamanlarda baş verərsə o zaman dolların yenidən bahalaşmasını müşahidə edəcəyik.