21 C
Baku
Thursday, April 25, 2024

4 yaşlı qız kreditə görə girov qoyuldu

Uşaqlara qarşı dəhşətli davranışın bir nümunəsi Kambocada Kemarak Pumin şəhərinin yaxınlığında polislər tərəfindən qeydə alınmışdır.  Kənddə ailənin yaşadığı daxmaya gələn polis və uşaq hüquqları müdafiəçiləri gördükləri mənzərədən heyrətə gəlirlər. Azyaşlı uşaq daxmanın ortasında ayaqlarındakı zəncirlə dirəyə bağlanmış vəziyyətdə oturmuşdu. Nəticədə 4 yaşlı uşağın “himayədarı” nəzarət altına alınsa da, yoxsul vəziyyətdə yaşaması nəzərə alınaraq cəzasız buraxılmışdır. Polislərin verdiyi məlumata görə, azyaşlı bir dəfə susuzluqdan həddindən artıq əziyyət çəkdiyindən öz sidiyini içməyə məcbur olub.

Verilən məlumatlara görə, qızcığazın “ögey anası” onun bioloji anasına borc olaraq bir qədər pul vermiş, girov olaraq isə qızı götürmüşdür. Qadın bütün günü qıza nəzarət edə bilmədiyindən və işə getməli olduğundan onu dirəyə bağlamışdır. Qadın bu hərəkətini qıza görə narahat olması ilə bağlı etdiyini izah edib.

Ola bilsin ki, qadın qızın itməsi və yaxud suda boğulmasından qorxub. Belə ki, qadın yaxınlıqda yerləşən plantasiyada işləyirdi və hər gün qızı səhər 7-dən axşam 17-ə qədər dirəyə bağlayıb gedirmiş. Uşağın bioloji anası isə yoxsulluq səbəbindən pulu ödəyib qızını geri ala bilmir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər