8 C
Baku
Thursday, March 28, 2024

41 MP-lik üçlü arxa kameralı Nokia 9-un yeni fotosu sızdırıldı

İnternetdə hələ anonsu olmamış Nokia 9 smartfonunun yeni reklam render fotosu yayılıb. Məlumata əsasən yeni model Nokia 808 və Nokia Lumia 1020 modellərinin davamçısı olacaq. Buna görə də o, üçlü ara kameraya sahib olacaq. Beləliklə ortaya çıxmış yeni fotoya əsasən Nokia 9 Zeis markalı 41 MP-lik üçlü arxa kamera ilə təchiz olunacaq. Kamera optik stabilizasiyanı, dördqat optik zoom-u və arxa fonun bulanıq düşməsi effektini dətəkləyəcək. Arxa paneldə barmaq izi skanı yoxdur.

image 52541918167844
Bu isə o deməkdir ki, o ya smartfonun kənarında yerləşəcək yada smartfon ekranına inteqrasiya olunacaq. Arxa panelin özü isə keramikadan hazırlanacaq. Məlumatlara əsasən Nokia 9 18:9 nisbətli 6.01 inç QHD AMOLED ekran, Snapdragon 845 prosessoru, 8 GB RAM, 256 GB daxili yaddaş və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Həmçinin smartfon USB Type-C girişinə və Android əməliyyat sisteminin ən son versiyasına sahib olacaq. Smartfonun qiyməti və satışa çıxması barəsində məlumat olmasa da, gözləntiyə əsasən o bu ilin sonunda təqdim olunacaq.

Son xəbərlər
Digər xəbərlər